Marneuli bələdiyyəsinin yerli özünüidarəsi meriya və Bələdiyyə
Məclisi üçün 6 soyuducu alıb.
Meriya soyuducları almaq üçün fərdi sahiblar Kənan Əliyevlə
sadələşdirilmiş müqavilə bağlayıb.
Sadələşdirilmiş müqavilə ilə yanaşı 6 izahatnamə də var və onlara
əsasən soyuducuları meriya, Bələdiyyə Məclisinin xidmətləri üçün
alacaqlar.
“Mənim tabeçiliyimdə olan xidmətin öz ikinci dərəcəli struktur
bölmələri ilə - şöbələrin ona həvalə edilmiş
səlahiyyətləri/səlahiyyətli funksiyaları-vəzifələri yerinə
yetirməli olan inzibati iş rejiminin nə qədər çox yüklü olduğunu
bilirsiniz. Bu qeyri-bərabər fəaliyyət və funksiya-vəzifələrin
həyata keçirilməsində və gündəlik həddindən artıq yüklənmiş iş
qrafikinin texniki təmin edilməsində - xüsusilə isti mövsümi hava
şəraitini nəzərə alsaq, praktiki olaraq dözülməzdir. Əgər xidmət
müvafiq şərtlətlə təmin olunmazsa bu mümükn deyil. Bunun üçün bizim
xidmətə 1 ədəd ikikameralı soyuducunun alınması
mühümdür” - meriyanın Maliyyə-Büdcə Xidmətinin
rəhbəri Koba Çxitunidzenin izahatnaməsində qeyd olunur.
Marneuli meriyasının Maliyyə-Büdcə Xidməti ilə yanaşı İş və
Vətəndaşlara Xidmət Şöbəsi, İnzibati Xidmət, Səhiyyə, Sosial
Təminat, Mədəniyyət, İdman, Uşaq Hüquqlarının Müdafiəsi və
Dəstəkgöstərmə Xidməti üçün də soyuduclar alınıb.
Eləcə də Marneuli Bələdiyyə Məclisi Aparatının iş otağı və
Bələdiyyə Məclisi Aparatının Maddi-Texniki, Kompüter Təminatı
Şöbəsinə də soyuduclar alınıb.
Marneuli meriyası fərdi sahibkar Kənan Əliyevə soyuducular üçün
5275 lari ödəyib.