Tsereteli və Saimerlo kəndlərində 2024-cü ildə yol çəkiləcək

Marneuli bələdiyyəsinin Tsereteli və Saimerlo kəndlərində yol infrastrukturu 2024-cü ildə qaydaya salınacaq.

Bu barədə 22 noyabr tarixində, Marneulinin 2024-cü il büdcə layihəsinin müzakirəsi zamanı məlum olub.

 

Büdcənin ilkin layihəsinin təqdimatı zamanı meriyanın Maliyyə-Büdcə Xidmətinin rəhbəri Koba Çxitunidze qeyd edib ki, Saimerlo və Tseretelidə yollar 2 200 000 lariyə bərpa olunacaq.
  • Tseretelinin daxili yollarının bərpa işləri – 1 100 000 lari
  • Saimerlonun daxili yollarının bərpa işləri – 1 100 000 lari
Bələdiyyə kanalizasiya sisteminin tikintisinə başladıqdan sonra Saimerlo və Tseretelidə yollar xarab oldu.

Marneuli meriyası 2024-cü il ərzində daha 19 kənddə yolların çəkilməsini planlaşdırır.

Layihənin ümumi dəyəri 10 812 300 laridir.

Vətəndaşların 2023-cü ilin 25 noyabr tarixində qədər büdcə ilə əlaqədar qeydlərini təqdim etmək imkanı var. Marneuli Bələdiyyə Məclisi 2024-cü ilin büdcə layihəsinin ictimai müzakirəsi haqqında məlumat verib. Məlumata görə, vətəndaşlar təklif və qeydlərini CLOAKING elektron poçtuna göndərə, yaxud yazılı şəkildə qeyd olunan ünvana gətirə bilərlər: Marneuli şəhəri, Rustaveli küçəsi N73, birinci mərtəbə, Vətəndaş Şöbəsi.



 

Print Email
FaceBook Twitter Google