Marneulinin 2024-cü il büdcəsində idman üçün 7 890 500 lari ayrılıb
Marneuli bələdiyyəsinin 2024-cü il büdcəsində idman sahəsinin inkişafı üçün 7 890 500 lari ayrılıb. Qeyd olunan vəsaitin əsas hissəsi idman obyektlərinin təchizatı, bərpası, tikintisinə xərclənəcək.

“Proqram çərçivəsində müxtəlif idman təşkilatlarına və klublara maliyyə dəstəyi göstəriləcək ki, onların idmançıların məşq etməsi üçün şərait yaratmaq, bacarıqlı idmançıları həvəsləndirmək imkanı olsun. 2024-cü il ərzində proqram çərçivəsində müxtəlif idman yarışları keçiriləcək və maliyyələşdiriləcək: Təxminən 1 400 idmançını özündə birləşdirən İdman Məktəbi; Proqram çərçivəsində idman obyektlərinə qulluq göstəriləcək və bərpa olunacaq”, – Marneulinin 2024-cü il büdcə layihəsinin idman sahəsi üzrə inkişaf proqramında qeyd olunub.

İdman sahəsinin inkişaf proqramı çərçivəsində “Marneuli bələdiyyəsinin İdman Məktəbinə” subsidiya olaraq 2 050 000 lari, idman tədbirlərinin təşkil edilməsi üçün isə 90 000 lari nəzərdə tutulub.

Marneulinin 2024-cü il büdcəsinin ictimai müzakirəsi zamanı meriyanın Maliyyə-Büdcə Xidmətinin rəhbəri Koba Çxitunidze 2024-cü ildə Marneulidə idman istiqamətində həyata keçiriləcək infrastruktur layihələri haqqında danışıb. Gələn ilin büdcəsində idman obyektlərinin təchizatı, bərpası, tikinti istiqamətinə 5 750 500 lari ayrılıb.

Mini meydançaların tikintisi planlaşdırılan yerlərin siyahısını sizə təqdim edirik:
  • Yağlıca məntəqəsi – 250 000 lari
  • Daştəpə - 150 000 lari
  • Qırmızıkənd – 150 000 lari
  • Qullar – 150 000 lari
  • Mövcud meydanların bərpası (Saimerlo, Tsereteli, Tamarisi və Dəmyə-Görarxı kənd meydançalarının bərpası) – 220 000 lari
  • Rustaveli küçəsində trenajorların qurulması və meydançanın tikintisi – 200 000 lari
Bələdiyyədə gələn il eləcə də üç kənddə, Algeti, Tsereteli, Sadaxlıda idman zallarının tikintisi planlaşdırır.

Vətəndaşların 2023-cü ilin 25 noyabr tarixində qədər büdcə ilə əlaqədar qeydlərini təqdim etmək imkanı var. Marneuli Bələdiyyə Məclisi 2024-cü ilin büdcə layihəsinin ictimai müzakirəsi haqqında məlumat verib. Məlumata görə, vətəndaşlar təklif və qeydlərini CLOAKING elektron poçtuna göndərə, yaxud yazılı şəkildə qeyd olunan ünvana gətirə bilərlər: Marneuli şəhəri, Rustaveli küçəsi 73, birinci mərtəbə, Vətəndaş Şöbəsi.

Print Email
FaceBook Twitter Google