Meriya Marneulidə yolların tikintisi layihəsini 400 000 lariyə almağı planlaşdırır
Marneuli bələdiyyəsinin yerli özünüidarəsi 23 yol infrastruktur layihəsini həyata keçirmək üçün lazım olan smeta sənədlərinin tərtib edilməsinə görə tender elan edib.

“Qeyd olunan xidmət avtomobil yollarının, onun üzərində yerləşən sünii tikililər də (divar, boru, körpü və s.) daxil olmaqla bərpa işləri ilə əlaqədar smeta sənədlərinin və tender prosedurlarının keçirilməsi üçün lazımı texniki sənədlərin tərtib edilmə xidmətinin göstərilməsini nəzərdə tutur”, – tenderin texniki tapşırığında qeyd olunub.

Marneuli meriyası bələdiyyə ərazisindəki yolların tikinti bərpa işlərinin smeta sənədlərinin tərtib edilməsi xidmətini 400 000 lariyə almağı planlaşdırır.

Tenderə görə, yolların tikinti/bərpa işləri Marneuli miqyasında 23 yerdə həyata keçiriləcək.

Həmin yerlər bunlardır:
  • Marneuli şəhərinin alternative, dolayı yolunun tikintisi
  • Marneuli şəhəri 26 may küçəsində meydandan “Yenə də böyüyəcəklər” parkına qədər piyada cığırının düzəldilməsi
  • Tsereteli kəndində daxili yolların bərpası
  • Saimerlo kəndində daxili yolların bərpası
  • Tamarisiyə gedən yolun bərpası (betonla)
  • Şulaveri kəndində (Keçmiş Naxalovka məntəqəsi) yolun bərpası
  • İmir kəndində daxili yola asfalt qatının çəkilməsi
  • İmir kəndində nasos stansiyasına gedən yolun bərpası və sahil bəndi işlərinin aparılması
  • Yuxarı Qullar kəndində daxili yolların bərpası
  • Şaumyan kəndində daxili yolların bərpası (dəmir/beton qatı ilə)
  • Algeti kəndində daxili yolların bərpası (1. Molla Bayramlı küçəsi; 2. Marneuli-Lomtaqora yolunu əlaqələndirici yolu; 3. İki dayanacağın tikilməsi)
  • Əzizkənd, Təzəkənd və Hacıisakənddə daxili yolların bərpası
  • Tserakvi və Sioni kənd daxili yollarının bərpası (dəmir/beton qatı ilə)
  • Çanaxçı kəndində məktəbə gedən yolun bərpası (dəmir/beton qatı ilə)
  • Beytarabmı kəndində daxili yolların bərpası
  • Kəpənəkçi kəndində ərazi vahidliyinə daxil olan kəndlərdə daxili yolların bərpası
  • Xutor-Lejbəddin və Kürtlər kəndini əlaqələndirən yol
  • Ağkörpü kəndində daxili yolun bərpası )dəmir-beton qatı ilə)
  • Qaçağan kəndində daxili yolların bərpası
  • Ağməmmədli kəndində daxili yolların bərpası
  • Daştəpə kəndində daxili yolların bərpası
  • Kudro kəndinə gedən yolun bərpası dəmir/beton qatı ilə
  • Ağkörpü kəndində turist baxış məntəqəsinə gedən yolun tikintisi
Tenderdə iştirak etmək istəyən şirkətlər 15 dekabr tarixindən 18 dekabr tarixinə qədər olan dövrdə öz təkliflərini irəli sürə bilərlər. Tender təklifinə görə, qalib şirkət müqavilə bağlandıqdan 120 gün ərzində meriyaya smeta sənədlərini təqdim etməlidir.

Print Email
FaceBook Twitter Google