Marneulidə Kobuleti küçəsində kişi cəsədi tapılıb
Marneulidə, Kobuleti küçəsində kişi cəsədi tapılıb. Məlumatı Marneuli televiziyasının jurnalisti şəxsi Facebook səhifəsində paylaşıb.
Ölən kişi təxmini olaraq orta yaşlıdır. Hadisə yerinə patrul polisi gedib. Hadisə şahidlərinin sözlərinə görə dünyasını dəyişən şəxsin Marneulili olmadığını, heç kim tanımadığını dedilər. Onu da əlavə etdilər ki, ola bilsin həmin şəxs bu ərazidə kirayə qalırmış.

“Təxminən saat 6-7 idi.
Çöldə oturmuşduq. Vaxtı xatırlayıram. Çünki dostum futbola baxmaq üçün evə getmək qərarına gəlmişdi. Gedən kimi də geri qayıtdı və dedi ki, orada kişi palçığın içinə yıxılıb. Getdik, həyat əlamətləri görünmürdü. Cəsədin yanında iki it var idi və heç kəsi yaxın buraxmırdı. Polietilen torba var idi. Deyəsən çörək və su idi. Başa düşdük ki, polisə zəng vurmaq lazımdır. Rustavidən kriminal polisi və təcili yardım gəldi. Deyəsən buralı deyil, heç kəs tanımırdı. Yəqin kirayədə qalırmış”
– hadisə şahidləri.



Marneuli Radiosuna DİN-dən verilən məlumata görə hadisə ilə bağlı Gürcüstan CM-nin 115-ci maddəsi ilə istintaq başlayıb. Maddə intihara qədər aparmanı nəzərdə tutur.

İlkin məlumata əsasən cəsəddə zorakılıq işarələri qeydə alınmayıb. Ehtimal edilir ki, kişinin ölümü ürəyi ilə əlaqədardır ancaq dəqiq cavab ekspertiza aparıldəqdan sonra məlum olacaq.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər