Marneulinin bir neçə kəndində içməli suyun verilməsi "RustaviSu" əvəzinə başqa şirkətə həvalə oluna bilər
Marneuli bələdiyyəsinin bir neçə kəndində içməli suyun verilməsi "Marneuli Kənd Su" MMC-yə və ya “Gürcüstanın Birləşmiş Su Təchizatı” kompaniyasına verilə bilər. Bu haqda Marneuli Radiosuna söhbət zamanı Kvemo Kartli qubernatorunun müavini Aleksandre Metreveli bildirib və deyib ki, Marneulidə beşə yaxın kənd "Rustavi Su" MMC-nin balansındadır.

Problem isə mərkəzi borunun zədələnməsinə bağlıdır. Bu isə əhaliyə normal rejimdə
içməli suyun verilməsini məhdudlaşdırır. Problemin həlli üçün isə iş görüşləri davam edir.

“Bildiyiniz kimi bu köhnə borudur və çox zərər dəyib. Dəqiq problemin aşkarlanması olacaq və sonra hansı növ işlərin aparılmaı olduğunu müəyyən edəcəyik. Müvafiq olaraq məlum olacaq ki, "Marneuli Kənd Su" MMC yoxsa “Birləşmiş Su Təchizatı Kompaniyası” MMC götürəcək. Yaxın gələcəkdə məlum olacaq. Paralele olaraq istəmirik ki, əhali susuz qalsın. Qrafiklə su veriləcək”
– deyə Aleksandre Metreveli bildirdi.



Mövzu haqqında eləcə də bizimlə Marneuli merinin müavini Laşa Lobjanidze də deyir ki, əhaliyə suyun verilməsi maneəsiz olmalıdır və boru ilə bağlı problem tezliklə həll olunacaq. Marneulinin bir neçə kəndi başqa kompaniyanın balansına keçəcək ya yox bu haqda danışmağa Lobjanidze çətinlik çəkir.

Aleksandre Metreveli deyir ki, 25 iyun tarixində Marneuli bələdiyyəsinin Kəpənəkçi, Algeti və Kürtlər ərazi vahidinin içməli su ilə təchiz olunması məsələsi ilə bağlı görüşləri də olub ki, problem həll olunsun.

İkinci görüşü isə yaxın günlərdə planlaşdırırlar və görüşdə problemin aşkarlanması olacaq. Kəndlərin başqa kompaniyaların balansına keçməsi ilə bağlı qərarı yaxın gələcəkdə verəcəklər, ona qədər isə kəndlərə suyun verilməsi mövcud qrafiklə olacaq.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər