Bələdiyyənin təxminən 1 ildir ki, gözlədiyi 200 ədəd zibil qabının paylaşdırılması ilə bağlı müzakirələr gələn həftə başlanacaq

“Təmiz Marneuli” MMC-nin təxminən 1 ildir ki, gözlədiyi 200 ədəd zibil qabı bələdiyyəyə bu gün, 27 iyun tarixində verildi.


Marneuli bələdiyyəsinin rəsmi Facebook səhifəsində yayılmış məlumatta görə, qeyd olunan zibil qablarını “Təmiz Marneuli” MMC hal-hazırda ən çox tələbat olan yerlərdə yerləşdirəcək.
Bərk tullantıların idarə olunması şirkəti tərəfindən verilmiş zibil qablarının konkret olacaq hansı ərazilərdə
yerləşdiriləcəyini aydınlaşdırmaq üçün “Marneuli” radiosu “Təmiz Marneuli” MMC-nin direktoru Leri Mumladze ilə əlaqə saxladı.

Leri Mumladze bizimlə söhbətində bildirdi ki, hal-hazırda qabların quraşdırılması davam edir, bundan sonra isə qabların hansı ərazilərdə yerləşdiriləcəyinin xəritəsi hazırlanacaq.
“Təmiz Marneuli”nin direktoru bizimlə söhbətində onu da bildirdi ki, onun fikrincə zibil qabları əsasən Marneuli şəhərinin mərkəzi küçələri olan Rustaveli və 26 May küçələrində, həmçinin Qırıxlı və Qullar kəndləri istiqamətində magistral yolun kənarında yerləşdiriləcək.

Leri Mumladzenin dediyinə görə, Zibil qablarının paylaşdırılması ilə bağlı işlərə güman ki, gələn həftədən etibarən başlayacaqlar.

"Marneuli" Radiosu


http://marneulifm.ge/az/marneuli/article/13407--ylr-kndin-quberniyann-hdiyy-etdiyi-zibil-qutularn-da-qoymayacaqlar

http://marneulifm.ge/az/marneuli/article/13259-2018-05-03-17-41-55

http://marneulifm.ge/az/marneuli/article/13206-2018-04-27-14-19-51

http://marneulifm.ge/az/marneuli/article/13120-2018-04-20-12-45-39

http://marneulifm.ge/az/marneuli/article/12942-2018-04-02-17-01-45

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər