“Əgər rəsmi müraciət istəyirsinizsə hesab edin ki, mən indi sizə məktubla müraciət edirəm” – Ermənistan səfirinin Zaur Tabatadzeyə cavabı
Ermənistanın Gürcüstandakı səfiri Ruben Sadoyan bu gün, 27 iyun tarixində Marneuli Bələdiyyəsində etnik ermənilərin məskunlaşdığı kəndlərdə görüşlər keçirib.
Gürcüstan vətəndaşı olan etnik ermənilərlə görüş erməni dilində gedir və görüşdə Marneuli Bələdiyyəsinin mer vəzifəsini yerinə yetirən Zaur Tabatadze və Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze iştirak edirlər.

Əhali diskusiya çərçivəsində Ermənistanın Gürcüstandakı səfirini öz problemləri ilə tanış etdilər.
Görüşün sonuna qədər Zaur Tabatadze əhaliyə rus dilində müraciət etdi və xatırlatdı ki, o, və Amiran Qiorqadze rayon rəhbərliyindən gəliblər və təəssüf ki, rayonun böyük olmasından dolayı əhali ilə tez-tez görüşə bilmirlər. Ancaq eyni zamanda Tabatadze görüş iştirakçılarına xatırlatdı ki, onların majoritar deputatı var və öz problemləri ilə bağlı ona da müraciət edə bilərlər.

Zaur Tabatadze həmçinin çıxışı zamanı onu da qeyd etdi ki, onlar indi dövlət qurmağa başlayıblar və uzun illərdən sonra ilk dəfə düzgün yoldadırlar.

Görüş gedən zaman əhalinin əsas problemi olaraq yolların reabilitasiyası aşkarlandı. Bununla bağlı Zaur Tabatadze bildirdi ki, turizmin inkişafı üçün dövlətin əsas planı var ki, turistlərin Gürcüstan ərazisində rahat şəkildə hərəkət etmək imkanı olsun. Gülbağ, Xocorni və Ağkörpü kəndlərinin yolları dövlət əhəmiyyətli yoldur və buna görə də bələdiyyə bu ərazidə işlər apara bilmir. Eyni zamanda Zaur Tabatadze qeyd etdi ki, dövlət tərəfindən qeyd olunan yolun bərpası 2018-ci ilin sentyabrından başlamalıdır.

Zaur Tabatadze görüşdə eləcə bildirdi ki, bələdiyyə üçün kəndin daxili yollarının bərpası vacibdir. Amma hər kənddə hələ ki, bərpa işləri edə bilmirlər. Çünki bələdiyyənin büdcəsi rezindən deyil və genişlənmir.
Marneuli merinin vəzifəsini yerinə yetirən şəxsin şərhinə Ermənistanın Gürcüstandakı səfiri Ruben Sadoyan rəy bildirdi və Tabatadzeyə dedi ki, kənd əhalisi ilə görüşdə məlum olan yol, internet və təbii qaz kimi problemlər 21-ci əsrdə mövcud olmamalıdır. Bunun üçün rəsmi məktubla müraciət etmək lazım olmamalıdır.

“Əgər rəsmi müraciət istəyirsinizdə hesab edin ki, mən indi sizə məktbla müraciət edirəm” – dedi Ermənistanın Gürcüstandakı səfiri Marneuli merinin vəzifəsini yerinə yetirən şəxsə.




Ermənistanın Gürcüstandakı səfiri Ruben Sadoyan bu gün, 27 iyun tarixində Marneuli Bələdiyyəsində etnik ermənilərin məskunlaşdığı kəndlərdə görüşlər keçirib.

Gürcüstan vətəndaşı olan etnik ermənilərlə görüş erməni dilində gedir və görüşdə Marneuli Bələdiyyəsinin mer vəzifəsini yerinə yetirən Zaur Tabatadze və Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze iştirak edirlər.

Marneuli Bələdiyyəsinin mer vəzifəsini yerinə yetirən görüş gedən zaman erməni dilindən ona aydın olan hər hansı dilə tərcümə tələb etdi. Görüş iştirakçılarından biri isə replika olaraq ona dedi ki, tərcümə məsələsini özləri həll etməli idilər, Ermənistanın Gürcüstandakı səfiri Ruben Sadoyan Marneuli merinin vəzifəsini yerinə yetirən və bələdiyyə məclisinin sədri üçün tərcüməçini öz komandasından ayırdı.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər