Marneuli Bələdiyyəsinin rəhbərləri üçün Ermənistanın səfiri tərcüməçi ayırdı
Ermənistanın Gürcüstandakı səfiri Ruben Sadoyan bu gün, 27 iyun tarixində Marneuli Bələdiyyəsində etnik ermənilərin məskunlaşdığı kəndlərdə görüşlər keçirib.
Gürcüstan vətəndaşı olan etnik ermənilərlə görüş erməni dilində gedir və görüşdə Marneuli Bələdiyyəsinin mer vəzifəsini yerinə yetirən Zaur Tabatadze və Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze iştirak edirlər.

Marneuli Bələdiyyəsinin mer vəzifəsini yerinə yetirən görüş gedən zaman erməni dilindən ona aydın olan hər hansı dilə tərcümə tələb etdi. Görüş iştirakçılarından biri isə replika olaraq
ona dedi ki, tərcümə məsələsini özləri həll etməli idilər, Ermənistanın Gürcüstandakı səfiri Ruben Sadoyan Marneuli merinin vəzifəsini yerinə yetirən və bələdiyyə məclisinin sədri üçün tərcüməçini öz komandasından ayırdı.



Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər