Qəza vəziyyətində olmasına və uşaqların sayının az olmasına baxmayaraq Axlı Mahmudlu məktəbi fəaliyyət göstərməkdə davam edir

Marneuli bələdiyyəsinin Axlımahmudlu və Qayaqocalı kəndinin sakinləri Axlımahmudlu kəndində yerləşən qəzalı vəziyyətdə olan məktəbdə təhsil alırlar.

Məktəb binası Axlımahmudlu kəndinin mərkəzində yerləşir. Məktəb binası Sovet dönəmində inşa olunub.

Məktəbin həyətinə daxil olanda ilk qarşılaşdığın rəngi solmuş dövlət bayrağını və N. Nərmanovun təhsil haqda söylədikləri tabloyla qarşılaşırsan. Bina bir mərtəbədən ibarətdir. Məktəbin daş örtüklü divarından başqa demək olar
ki, dam örtüyünün dirəkləri, tavan, döşəməsi, qapı və pəncərələri və məhəccərləri taxtadandır.

Məktəb binasının istifadə olunmayan otaqlarda isə demək olar ki, döşəmə yoxdur. Döşəmə olan yerləridə isə qəzalı vəziyyətdədir. Kənd sakinlərinin sözlərinə görə məktəb binası 50-60-cı ilərdə tikilib. Həmin dövrdə Araflı, Axlımahmudlu və Qayaqocalı kəndinin uşaqları burda təhsil alırdılar. Araflı kəndində yeni məktəb binasının tikilməsindən sonra həmin kəndin şagirdləri də ora köçürülüb.

Sakinlərin sözlərinə görə müstəqillikdən sonra məktəb natamam orta məktəb kimi fəaliyyət göstərib. Fəaliyyət göstərdiyi müddətdən sonra məktəb öz fəaliyyətini dayandırıb. Sakinlər onu da əlavə etdilər ki, onlar etiraz edərək aidiyyatı orqanlara müraciət ediblər və bundan sonra məktəb 8 ilik olaraq fəaliyyət göstərir.



Biz məktəb direktoru İsmayıl Fərəcovla əlaqə saxladıq. O, bizimlə söhbəti zamanı bildirdi ki, adlarını çəkilən kəndlərin məktəbləri bəzi səbəblərə görə Araflı məktəbinin balansına keçirilib. Hal-hazırda Axlımahmudlu kəndində fəaliyyət göstərən məktəb binası köməkçi bina kimi fəaliyyət göstərir.



Məktəb direktorunun sözlərinə görə Axlımahmudlu kəndində müstəqil şəkildə fəaliyyət göstərməsi üçün yeni məktəb binasının tikilməsinə ehtiyac var.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər