2 saylı ictimai məktəbin müdiriyyəti məktəbdaxili imtahanlar vasitəsilə məktəbdə yalnız "ağıllı" şagirdləri saxlayır

Hüquq müdafiəçisi Leyla Məmmədovanın dediyinə görə, Marneuli 2 saylı məktəbin müdiriyyəti məktəbin şagirdləri arasında məktəbdaxili test keçirir, zəif uşaqları məktəbdən könüllü imtina əsasında azad edir və yalnız güclü şagirdlər saxlanılır.

Valideynlərə isə başqa məktəblərdə qeydiyyatdan keçmək üçün gecikəcəklərini və məktəbdən kənar qala biləcəklərini bildirərək bu məktəbdən könüllü imtina barədə ərizə yazdırırlar. Leyla Məmmədovanın dediyinə görə, valideynlərə təzyiq
göstərilir və onların gürcü və ya rus dilini bilməmələrindən istifadə olunur. Buna görə də valideynlər könüllü olaraq dərin qeyri-müəyyənlik içində qalırlar, bununla belə bu məktəbdə qeydiyyatdan imtina edirlər.

Leyla Məmmədova artıq valideynlərə kömək edib və xalq müdafiəçisi aparatına məktub yazıb.

Bu dəqiqələrdə məktəbdə iclas davam edir. Marneuli Tədris Resurs Mərkəzinin rəhbəri Kənan Ömərov hadisə yerindədir. Məktəbdə “Marneuli” radiosunun əməkdaşlarına bildirdiklərinə görə, direktor hal-hazırda məktəbdə yoxdur. İclas mətbuat üçün qapalıdır.

“Marneuli” radiosunun əldə etdiyi məlumata görə, 6-cı sinif şagirdləri üçün bu gün 6 fənn üzrə imtahan keçirilib. Bu imtahanlar isə yalnız 4 saat davam edib. Uşaqların bir hissəsi testlərin çətinliyindən narazıdırlar.

 

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər