Marneuli meriyası ictimai məlumatın verilməsində olan qanun pozuntusunu texniki səhvlə doğruldur

Gürcüstanın İnzibati Xətalar məcəlləsinin 40-cı maddəsinə əsasən ictimai müəssisə ictimai məlumatı dərhal və ya 10 gündən gec olmadan cavab verməlidir.

Əgər ictimai məlumata cavab vermək başqa yaşayış məntəqəsində olan onun struktur mənşəyindən və ya başqa müəssisədən məlumatın axtarılmasını və ya işlənilməsini, vacib həcmdə bir-birindən aslı olmayan ayrı sənədlərin axtarıması və işlənilməsini və başqa yaşayış məntəqəsində olan onun
struktur mənşəyindən və ya başqa ictimai müəssisədən konsultasiya tələb edirsə bu halda ictimai müəssisə məcburdur ki, 10 gün müddətdən istifadə etmək haqqında müraciət edənə dərhal məlumat versin, bu halda isə Marneuli Radiosunun jurnalistinə.

“Marneuli” Radiosu meriya tərəfindən məktuba nə ictimai məlumata cavab verilməsi nə də 10 günlük müddətdən istifadə etmək haqqında heç nə almayıb.

Qeyd etmək lazımdır ki, meriyaya göndərilən məktublardan birinə əsasən Marneuli meriyasının xidmətləri tərəfindən 2017-ci ildə görülən işlərin hesabatını tələb edirdik. Bu hesabatların təqdimatı isə meriyada hələ Temur Abazovun merliyi dövründə 5 iyunda baş tutmuşdu. Bundan nəticə çıxara bilərik ki, Marneuli meriyası bizə məlumat verməni qəsdən gecikdirdi və ya onlar Gürcüstanın İnzibati Xətalar məcəlləsininin 40-cı maddəsi haqqında heç nə bilmirlər.

Qeyd olunan məktuba “Marneuli” Radiosu hələ 19 iyunda cavab almalı idi. Amma o zaman meriyadan dedilər ki, bizim tərəfimizdən elektron poçta göndərilmiş məktubları meriyada internet şəbəkəsinin dəyişdirilməsinə görə qeydiyyat etməyiblər. Bundan sonra ictimai məlumat tələb etmək haqqında məktubları meriyanın administrasiyasına verdik.

Dünən 2 iyul tarixində biz Marneuli meriyasının fəaliyyəti və vətəndaşlar şöbəsinin rəhbəri Maka Darbaidze ilə əlaqə saxladıq. O, qeyd etdi ki, meriya ictimai məlumata vaxtında cavab verə bilməyəcək çünki meriyanın daxili sistemində problem var imiş.

 

 


Marneuli bələdiyyəsinin elektron poçtu CLOAKING işləmir.

Bu haqda bizimlə söhbəti zamanı Marneuli meriyası inzibati xidmətinin rəhbəri Nino Dekanoidze bildirdi.

Nino Dekanoidze həmçinin bildirdi ki, Marneuli meriyasında internet təminatçısı dəyişir. Bu günədək meriyanı internetlə “SilkNet” təmin edirdisə, bundan sonra internet təminatını “Magti” yerinə yetirəcək. Buna görə də electron poçtun söndürülməsi zərurəti ortaya çıxıb.

Məhz buna görə, Marneuli meriyasının elektron poçtuna qeydiyyata alınmır. Bu haqda “Marneuli” radiosuna bu gün, 19 iyun tarixində məlum oldu. Belə ki, meriyaya ünvanladığımız məktub haqda soruşduq. Həmin məktubda Marneuli meriyasının şöbələri tərəfindən 2017-ci ildə görülən işlər barədə məlumat tələb edilirdi.

“Marneuli” radiosu meriyaya 6 iyun tarixində rəsmi məktubla müraciət etmişdi. Nəzərə alsaq ki, meriyanın cavab vermək üçün 10 iş günü vaxtı var idi, biz məktuba cavab üçün bu gün müraciət etdik, lakin aydın oldu ki, bu gün cavab ala bilməyəcəyik.

Belə ki, məktubu yenidən təkrarən meriya dəftərxanasına verməliyik. Bu məktub və bununla bərabər ünvanladığımız daha iki məktuba isə cavabı güman ki, 10 gün gözləməli olacağıq.

Marneuli bələdiyyəsi inzibati xidmətinin rəhbəri onu da dedi ki, electron poçta göndərilmiş məktublar rəsmi hesab edilmir, yalnız Marneuli bələdiyyəsinin dəftərxanasına təqdim olunmuş məktublar rəsmi məktub hesab olunur. Elektron poçtdan istifadə isə əhaliyə yardım etmək üçün bir növ köməkçi vasitədir. Lakin Gürcüstan Qanunvericiliyi və ölkədə yayılmış təcrübən də aydın görünür ki, elektron poçt vasitəsilə yazılmış məktublar da rəsmi məktub hesab olunur. Misal üçün deyə bilərik ki, istənilən Gürcüstan vətəndaşı Gürcüstan Parlamentinin elektron poçt ünvanına məktub göndərə və məlumat tələb edə bilər.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər

Warning: mysql_query(): Unable to save result set in /var/www/marneulifm.ge/public_html/libraries/joomla/database/database/mysql.php on line 223
Articles Not Found!