Temperaturun artması ilə yanaşı vintilyator alıcılarının sayı da artıb
Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühit Milli Agentliyi əhaliyə gözlənilən yüksək hərarət ilə bağlı xəbərdarlıq edir. Agentliyin məlumatında bildirilir ki, əhali lazım olmadığı halda günəş altında gəzməsinlər və özləri ilə su və cib dəsmalı gəzdirsinlər.

Marneuli ərazisi də yüksək istilərin qeydə alındığı bölgələrdən biridir. Marneuli mağazaların birindən evi üçün ventilyator alıb aparan şəhər sakini
qarşımıza çıxdı. O, bildirdi ki, evində azyaşlı uşaq olduğuna görə evi sərinlətmək üçün alıb.



Şəhərdə fəaliyyət göstərən texnika satışı ilə məşğul olan mağazalardan maraqlandıq kı, son günlər sakinlər evlərini soyutmq üçün hansı avadanlıq alırlar və gün ərzində nə qədər texnika satışı həyata keçirirlər. Marneulidə fəaliyyət göstərən mağazalardan birinin satıcısının sözlərinə görə, istilərlə əlaqədar olaraq kondisioner və ventilyator üçün müraciət edənlərin sayında artım müşahidə olunur.



Marneuli küçələrində taksi sürücüləri avtomobildə oturaraq müştəri gözləyirlər. Onlarla söhbətmiz zamanı bildirdilər ki, istidə müştəri gözləmək məcburiyyətindədilər.



Onu da əlavə edək ki, Marneulidə fəaliyyət göstərən texnika satışı ilə məşğul olan mağazalarda kondisioner və ventilyatorun qiyməti növlərinə görə dəyişir. Ventilyatorların qiyməti 30 laridən 70 lariyə kimidir. Kondisionerlərin qiyməti isə otağın sahəsinə görə dəyişir. Komdisionerlərin qiyməti 700 laridən başlayır.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər