Mirtağı Əsədovun başçılığı ilə Kvemo Kartli quberniyasına cavab video çarxı hazırlandı
Kvemo Kartli quberniya administrasiyası tərəfindən yayımlanan tanıtım video çarxına etiraz olaraq marneulililər yeni video çəkib.
Videoda xristian kilsələri, tarixi və arxitektur abidələri və Kvemo Kartlinin başqa dəyərləri ilə yanaşı müsəlman məscidləri, azərbaycan çörəyinin biçirilmə prosesi, müsəlman dini bayramları və gürcü və azərbaycanlıların ənənəvi geyimləri təsvir olunub.

Videonun müəllifi Ümum Gürcüstanın Ali Dini İdaərsinin sədri
və şeyxi seyid Mirtağı Əsədov.





5 iyul tarixində Kvemo Kartli quberniya administradiyasının paylaşdığı tanıtım çarxı əhalidə müxtəlif fikirlərə səbəb olub. Video çarxda yalnız provoslav kilsələri, tarixi və arxeoloji abidələr və Kvemo Kartlinin başqa dəyərləri təsvir olunub. Buna görə etnik azərbaycanlı vətəndaşlar orada özlərini görmürdülər.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər