Sadaxlı kəndində 26 yaşlı gənc intihar edib

Marneuli bələdiyyəsinin Sadaxlı kəndində 26 yaşlı gənc intihar edib.


Bu haqda məlumatı Marneuli radiosu ilə söhbəti zamanı Sadaxlı kəndinin majoritar deputatı Rövşən İsgəndərovda təsdiq etdi.

Onun sözlərinə görə, hadisə 15 iyul tarixində baş verib. Həmin gün 26 yaşlı gənc evdən kimdənsə pul almaq adı ilə evdən çıxıb və geri qayıtmayıb. 16 iyul tarixində onu
qardaşı üçün tikilmiş evdə ölmüş vəziyyətdə tapıblar. Sadaxlı kəndinin deputatı onu da əlavə etdi ki, dünyasını dəyişən gənc əvvəllər Polşada çalışıb. O, yenidən Polşaya qayıtmağı düşünürmüş.

“Marneuli” Radiosuna DİN-dən bildirdiklərinə görə, ilkin nəzarətlə cəsəddə zorakılıq işarələri yoxdur və indiki mərhələdə ölmüş oğlanın cəsədi ekspertizadan keçirilir. Baş verənlə bağlı CM-nin 115-ci maddəsi ilə istintaq gedir və maddə intihara aparıb çıxarmanı nəzərdə tutur.

 

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər