Marneulili basketbolçu Laşa Şermazanaşvili yenə NBA ulduzu Zaza
Pançulia ilə birlikdə “Streetball” oynayacaq.
Laşa “Gulf Georgia”-nın layihəsində yenidən iştirak edib. O, öz
basketbol bacarıqlarının əks olunduğu videonu çəkib və facebookda
bəyənmə sayına görə Zaza Pançulia ilə oynayacaq 5 gənc arasına
düşməyi bacarıb. Daha 5 gənci isə NBA ulduzu özü seçəcək.
Laşa bizimlə söhbətində dedi ki, Pançulia ilə birlikdə oynamaq onun
üçün çox mühümdür. Çünki o, bunun vasitəsilə öz bölgəsini təmsil
edir.
“Zaza ilə oynamaq o baxımdan yaxşıdır ki, mən
Marneulidənəm və Marneulinin adı ilə iştirak edirəm, onları bizim
rayondakı vəziyyətlə tanış edəcəyəm. Pis olmayacaq və fikrimcə
Marneulidə də basketbolun olduğu və bunun inkaşf etdirilməli
olduğuna heç kəs biganə qalmayacaq”, – deyə Laşa
Şermazanaşvili bildirib.
Şermazanaşvili özünü gələcəkdə basketbol klublarından birində görür
və Marneulinin adı ilə peşəkar basketbol oynaya bilməyəcəyi üçün
kədərləndiyini bildirir. Laşa Marneulidə basketbolu inkişaf
etdirmək istəyir və deyir ki, Marneulinin adı ilə oynayacaq
basketbolçuların yetişməsini istəyir.
“Gulf Georgia”-dan bildirdilər ki, “Zaza ilə oyna” layihəsinin əsas
məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliğ
olunmasıdır.
Laşa və daha 9 gənc NBA ulduzu ilə bu gün, 23 iyul tarixində axşam
saat 7-də Zaza Pançulia adına basketbol meydançasının açılışında
oynayacaqlar.