“Vətəndaşlar və dövlət arasında bağlanan müqavilə” – bu mövzuda
bu gün 24 iyul tarixində Marneuli Mülki Məşğulluq Mərkəzində İlia
Dövlət Universitetinin hüquq məktəbinin konstitusional tədqiqatlar
mərkəzinin tədqiqatçısı və dəvət olunmuş lektor Qiorgi Mumladze
ictimai leksiya keçirdi.
Qiorgi bizimlə söhbət zamanı dedi ki, gənclərlə dövlətin müasir
anlayışı, demokratiyanın əhəmiyyəti və vətəndaşların və dövlətin
bərabərhüququluluğu mövzusunda danışdı.
“İnsanların yerli özünüidarə məsələlərində, istər də
mərkəz səviyyəsindəki məsələlərin həll olunmasında iştirakı halları
çox nadirdir. Çünki onlar fikirləşirlər ki, dövlət real həqiqətdən
uzaq anlayışdır və onlar hər zaman öz taleyi ilə barışmalıdırlar və
onun xoş olmasına ümid etməlidirlər. Əslində isə tam əksinədir. Biz
bizim seçdiyimiz adamları məcbur etməliyik ki, onlar vəzifələrini
yerinə yetirsinlər. Təəssüf ki, biz fikirləşirik ki, biz onların
xidmətçiləriyik, onlar bizim yox” – Qiorqi Mumladze
dedi.
Qiorgi Mumladze həmçinin, qeyd etdi ki, biz dövlətin nə olduğunu
bilsək və biz dövlət üçün nəyi əks etdiririk – bu halda dövlətdə də
daha yaxşı siyasi vəziyyət olacaq və adamlar qərar verməkdən təcrid
olunmayacaqlar.
İctimai leksiya “fəal vətəndaşlar məktəbi” çərçivəsində keçirildi.
Layihəni özünü inkişaf universiteti həyata keçirir. Özünü inkişaf
universitetinin təsisçisi Rəşan Ziyadəliyevin sözlərinə görə,
layihənin məqsədi Kvemo Kartli regionunda etnik azərbaycanlıların
mülki cavabdehliyinin artırılması və aktivləşdirlməsidir. “Fəal
vətəndaşlar məktəbi” iki ay ərzində davam edəcək və onun
çərçivəsində müxtəlif ictimai leksiyalar və təlimlərin keçirilməsi
planlaşdırılır.