Xoxmel kəndində "Gənclər mərkəzi" tikilərkən layihə müəllifi qadınların maraqlarını saylarının az olmasına görə nəzərə almayıb
Marneulidən Xoxmel kəndinə getmək üçün çoxlu zaman və səbr lazım gəlir. Xəbərdarlıq nişanları olmayan amortizasiya olunmuş yol. Yol kəsişməsində sağa, yoxsa sola dönəcəyini də qərarlaşdıranadək yenə vaxt itirirsən. Yayda isə maşının pəncərələrini açdınsa, toz udmalı olursan. Kənd Ermənistan sərhədi yaxınlığında yerləşir, buna görə də əgər telefonunuzda rouminq xidməti qoşulsa, təəccüblənməyin.

2014-cü il ümumi demoqrafik siyahıya almanın nəticəsinə görə,
burada rəsmi olaraq 59 nəfər yaşayır. Lakin yerli sakinlər 27 nəfərin yaşadığını bildirdilər.

“Kart oynamaq üçün klub istəyirlər. Məndən heç kəs soruşmayıb ki, bu klubu istəyirəm, ya yox. Mən kiməm ki, məndən soruşsunlar?” – kənd sakini.


Burada heç bir ictimai bina yoxdur. Nə məktəb var, nə də uşaq bağçası. Təzə tikilmiş kiçik bir tikili var ki, bura da daxil olmaq olmur. Çünki hələ bu tikilinin pilləkanı yoxdur.

Aydın oldu ki, bu tikili iki il əvvəl “Vətəndaş büdcəsi” layihəsi çərçivəsində tikilib. Və layihənin müəllifi Vağinaq Mamulyan buraya “Gənclər mərkəzi” adı verib. Bir neçə həftə öncə yerli sakinlər fəaliyyətsiz bina ilə bağlı kəndə gəlmiş Ermənistan səfirinə şikayətləniblər. Bundan sonra meriya layihənin başa çatdırılmasına qərar verib və hal-hazırda binanın layihəsinin hazırlanması üçün xərclərin hesablanması ilə bağlı 650 lari dəyərində tender elan edib.


Layihənin müəllifi Vağinaq deyir ki, yerli hakimiyyət onun yaxın dostudur və seçkilərdə onlara kömək edir. Kəndin problemlərinə isə bir qədər fəlsəfi yanaşır. Deyir ki, burada hər şey – yol da, məktəb də olacaq. Lakin övladlarının təhsili məsələsini həyat yoldaşının kəndində - Sionidə təhsil almaq yolu ilə həll etməyə qərar verib və onları gürcüdilli məktəbə qoyub, daha sonra isə paytaxtda ali təhsil alıblar.

“Diqqət yetirirlər, necə yetirmirlər. Bizim ölkədə hər şey yaxşı inkişaf edir, mənim xoşuma gəlir. Sadəcə nələrisə edirlər, nələrisə ümumiyyətlə etmirlər. Elə etməlidirlər ki, mənim də üstünlüklərim olsun. Asfaltı ora çəkirlər, ədliyyə evini orada tikirlər. Belə şeylərə diqqət yetirmək lazımdır. Dövlət isə normaldır” - deyə Vağinaq bildirdi.



Kəndin girişindəki ilk evdə yaşayan 28 yaşlı Marina Qevorkyan təhsilini qonşu kənddə başa vurub. Bu gün kənddə cəmi iki uşaq məktəbə gedir. Bunlardan biri Opreti kəndindəki rusdilli məktəbə gedir ki, bunun üçün də 3 km məsafə qət etməli olur. Digəri isə ermənidilli məktəbə gedir və o, da Çanaxçı kənd ictimai məktəbinə getmək üçün bir neçə kilometr yol getməli olur. Marinanın milli azlıqlar üçün nəzərdə tutulmuş 1+4 proqramı haqqında heç bir məlumatı yoxdur. Ermənistan və ya Rusiyaya getmək üçün isə nə qohumları, nə də tanışları olub. O, bizi erməni qəhvəsi və Ermənistan istehsalı olan şirniyyata qonaq etdi. “Gənclər mərkəzi”nə ehtiyacın olmadığını düşünür. Deyir ki, orada qadınlara yer olmayacaq. Heç Vağinak Mamulyan da layihədə kənddə yaşayan qadınların maraqlarını nəzərə almayıb:

“Televizor, İnternet, şahmat, kart, kazino aparatları olacaq – zarafat edirəm... Oğlanların idman etməsi üçün trenajorlar olacaq. Bəs qızlar. Qızlar elə də azdır”
– deyə Vağinak bildirdi.

Marina Tbilisidə ilk dəfə bu il olub. O, Tbilisidə gəzib və şəkillərini sosial şəbəkəyə yükləyib. Gürcü dilində bilmir. Deyir ki, məmnuniyyətlə öyrənərdi.

“Televizorumuz var. Rus vəerməni kanallarına baxırıq. Burada gürcü kanallarını tutmur. Gürcü kanalına baxardım, heç olmasa gürcücə öyrənərdim. Marağım var. Kənddə heç vaxt gürcü dili kursları olmayıb. Heç vaxt” – deyə Marina bildirdi.

Lakin kənddə tədris üçün heç bir yer yoxdur. “Gənclər mərkəzi”nə isə trenajorların qoyulmasını planlaşdırırlar. Sakinlər ümumi işsizlikdən danışırlar. Marina deyir ki, kənddə cəmi 4 qız qalıb. Oğlanların sayı isə bir az çoxdur, lakin dediklərinə görə, hamısı kənddən getmək haqqında fikirləşir.


Sujeti burdan dinləyə bilərsiz:

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər