Parlamentin Marneulidən olan üzvləri plenar iclasda heç vaxt çıxış etməyiblər

“Beynəlxalq şəffaflıq – Gürcüstan” Parlamentin monitorinqi çərçivəsində 18 noyabr 2016-cı ildən 31 dekabr 2017-ci ilədək dövrü əhatə edən IX çağırış Parlamentin fəaliyyətinin dəyərləndirməsiilə bağlı araşdırmanı təqdim edir.


Alt başlıqlardan biri Parlament üzvlərinin fəaliyyətinə həsr olunub.

Təşkilat Parlament üzvlərinin fəaliyyətini 3 meyara görə dəyərləndirib:
  1. Parlament üzvünün plenar iclaslarda çıxışlarının tezliyi; bəyanat verilməsi, sual verilməsi, qanun layihəsi və
    digər müzakirə olunan məsələlərlə bağlı fikrini bildirməsi
  2. Parlamentin üzvlərinə verilmiş qanunverici təşəbbüs təqdim etmə hüququndan istifadə
  3. Parlament üzvü tərəfindən qanun layihəsi ilə bağlı öz qeydlərinin bildirilməsi
Araşdırmaya əsasən Azər Süleymanov Marneulidən seçilmiş deputatlar arasında qanunverici təşəbbüs hüququndan iki dəfə istifadə etmiş yeganə deputatdır.

Hesabat dövründə Ruslan Hacıyev, Tamaz Naveriani, Azər Süleymanov və Mahir Dərziyev plenar iclaslarda çıxış etməyiblər.

Qeyd olunmalıdır ki, bu deputatların heç biri qanun layihəsi ilə bağlı öz qeydlərini bildirməyiblər.

Araşdırmanın hesabat dövrü ərzində Marneulili deputatlardan yalnız Azər Süleymanov ezamiyyət üçün vəsaitdən istifadə edib. O, cəmi iki dəfə ezamiyyətdə olub və bunun üçün dövlət büdcəsindən 818 lari 34 tetri xərclənib.

 

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər