Üç nəfər gəncə təhsildə qazandığı uğura görə pul mükafatı
veriləcək. Marneuli bələdiyyəsinin Şaumiyani 1 saylı ictimai
məktəbinin 11-ci sinif şagirdi Milena Adamiani, intellekt-çempionat
"Etalon"un finalında 2-ci yeri qazanıb.
Marneuli bələdiyyə məclisi aparatının rəhbəri Nino Beridzenin
sözlərinə görə, Milenanın uğuru bütün Marneulili şagirdlər üçün
stimul vericidir. Çünki o, göstərdi ki, keyfiyyətli təhsil almaq
hər cür şəraitdə mümkündür.
Məhz ona görə də meriya qıza 500 lari
verməyə qərar verib.
Marneuli beş saylı ictimai məktəbini cari ildə iki qardaş qızıl
medala bitirib. Ona görə də yerli özünüidarəetmə əkizlərə pul
mükafatı verməyə qərar verib.
Qeyd olunan qərarı Marneuli bələdiyyə məclisi bu gün 25 iyul
tarixində baş tutan iclasda qəbul edib.