Meriya iki dəfə ləğv olunmuş itlər üçün sığınacaqla bağlı tenderə dəyişiklik etməyə ehtiyac görmür

Marneuli meriyasının itlər üçün sığınacağın yaradılması ilə bağlı elan etdiyi tender yenə ləğv olunub. Tenderin ləğv olunmasını isə Gürcüstan Heyvanları Qoruma Federasiyasında məbləğin az olması ilə əlaqələndirirlər.

Marneuli meriyası bələdiyyə ərazisindəki sahibsiz itlərin sığınacağa aparılması (ehtiyac olarsa evtanaziyası və basdırılması) ilə bağlı tenderi ilk dəfə 2018-ci il 21 iyun tarixində elan etmişdi. Həmin vaxt tender baş tutmadığı
üçün 10 iyul tarixində eyni şərtlərlə yenidən tender elan olunmuşdu və bu dəfə də tenderdə heç kəs iştirak etməyib.

Marneuli meriyası itlər üçün sığınacaq xidməti ilə bağlı keçən il də tender elan etmişdi. Həmin vaxt tenderdə yalnız fərdi sahibkar Qiorqi Mağlaperidze iştirak etmişdi. Ancaq Mağlaperidze hazırkı tenderdə iştirak edə bilməz. Heyvanların Müdafiəsi Federasiyasının nümayəndəsi Temur Laçkepianinin dediyinə görə, Mağlaperidzenin şirkətində müəyyən pozuntular aşkarlanmışdı. O, bu pozuntuları aradan qaldırmalı olsa da, yalnız bir qismi həll olunmuşdu. Buna görə də onun sığınacağı müvəqqəti olaraq bağlanıb.

Meriyadan “Marneuli” radiosuna bildirdilər ki, itlər üçün sığınacaq xidməti ilə bağlı müəyyən olunmuş məbləğin kifayət olduğunu hesab edirlər. Onların fikrincə tenderin baş tutmamasının səbəbi bazarda mövcud olan şirkətlərin sayının az olmasıdır, yeni tenderi isə meriya güman ki, yaxın vaxtlarda eyni şərtlərlə elan edəcək.

 

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər