Algeti bölgəsindəki kəndlərə texniki istifadə üçün su 30 tetriyə veriləcək

Marneuli “Soptskali” (“Kənd suları”) və “Rustavtskali” (“Rustavi su”) arasında müqavilə imzalandı.

Bu müqaviləyə əsasən Marneuli sakinlərinin bir hissəsinə “Rustavtskali” tərəfindən ayda 180 000 m3 su veriləcək.

Bələdiyyə Məclisinin bugünkü iclasında qərara alınıb ki, bu xidmətin qiyməti bir m3 üçün 30 tetri olsun.

Marneuli merinin müavini Laşa Lobjanidze Bələdiyyə Məclisinin iclasında bildirdi ki, “Rustavtskali” kəndlərə xidmət göstərəndə tarif 40 tetri idi. Şirkət pul toplaya bilməmişdi və sakinlərin 200 000 lariyədək borcu yığılmışdı. Bundan sonra isə “Rustavtskali” və “Soptskali” bu müqaviləni imzalayıblar.

Laşa Lobjanidze onu da qeyd etdi ki, hər ay su əldə olunması üçün “Rustavtskali”yə ödənən 14.5 tetri, boruların istismarı və əməkhaqqı üçün vəsait Marneuli”Soptskali”nin 1 m3 üçün müəyyənləşdirdiyi 30 tetriyə daxildir.

Marneuli “Soptskali”nin rəhbəri Nəbi Abdullayevin bizimlə söhbəti zamanı bildirdiyinə görə, bu xidmətdən Algeti bölgəsindəki 10 kəndin sakinləri faydalanacaqlar. Lakin onlara verilən su içməli deyil, texniki istifadə üçün olacaq.

Suyun qiymətinin 1 m3 üçün 30 tetri olması məhz onun keyfiyyətindən irəli gəlir və gələcəkdə kəndlərə içməli su verildikdə qiymət avtomatik olaraq
40 tetriyədək artacaq.

 

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər