Bakradze etnik azlıqlara kvota ayrılacağını vəd edir

“Avropalı Gürcüstan” partiyasının prezidentliyə namizədi Davit Bakradze “Ata Holdinq” parkı ərazisində Marneuli gəncləri ilə görüş keçirir.


Çıxışı zamanı o, görüş iştirakçılarına prezident olması halında prezident fondundan etnik azlıqların xaricdə təhsil alması üçün kvota ayıracağını vəd etdi.

Həmçinin prezident administrasiyasında da kvota sistemi yaradılacaq ki, etnik azlıq nümayəndələri də orada işləyə və ya təcrübə keçə bilsinlər.

“Əsas
odur ki, qeyri-gürcüdilli gənclərin bu vəsait ilə maliyyələşməsinə zəmanət olsun. Necə, nə qədər, hansı miqdarda - buna məhz gənclərlə qərar vermək istəyirik və bu günkü görüş də bunun üçün idi”
– deyə Davit Bakradze.

Davit Bakradze görüşdə onu da əlavə etdi ki, əgər təhsil naziri olsaydı və universitetə yerləşdirmək üçün bir Tbilisili və bir Marneulili gənc arasında seçim etmək məcburiyyətində qalsaydı, o, Marneulili gənci seçərdi.

“Marneuli” radiosunun jurnalistinin onun bəyanatının müsbət mənada diskriminasiya olub olmaması ilə bağlı sualına cavab olaraq Bakradze bildirdi ki, o, Tbilisili gənclərə qarşı deyil, lakin dövlət maraqları üçün milli azlıqların gücləndirilməsi daha çox əhəmiyyət daşıyır.

“Əgər bu müsbət mənada diskriminasiyadırsa, hesab edirəm ki, belə diskriminasiya vacibdir. Misal üçün yalnız dil problemi olmayan və ya ödəniş etmək üçün daha az maddi problemi olanların deyil, hər kəsin gələcək üçün perspektivinin olması Gürcüstan üçün çox mühümdür” - deyə Davit Bakradze.

Prezidentliyə namizəd bu bəyanatı gənclərin universitetə daxil ola bilməməsi ilə bağlı suala cavab verərkən verdi.

Kvemo Kartli bölgəsində yaşayan vahid milli imtahanlarda keçid balını toplamalarına baxmayaraq universitetlərə daxil ola bilməyən abituriyentlər narazılıqlarını bildirmişdilər və “Avropalı Gürcüstan” partiyasının Marneuli ofisinə müraciət etmişdilər. Partiyanın üzvü Əhməd İmamquliyev bizimlə söhbəti zamanı bildirmişdi ki, Kvemo Kartli miqyasında belə tələbələrin sayı 482 nəfərdir.

 

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər