Tseretelidə bir həftədən artıqdır ki, kranlardan çirkli su gəlir
Hər gün suyu şüşə qaba doldurur, hər an su kəsilə bilər, masanın üstünə qoyur və durulmasını gözləyir. Suyu qaynadır və yalnız bundan sonra içir.
Tsereteli sakini Manana Xaradze krandan gələn suya yad cisimlərin qarışdığını 10 gün əvvəl görüb. Bilir ki, yad cisim qarışmış su içmək üçün yararsızdır, lakin başqa çıxış yolu yoxdur, qaynatdıqdan sonra yenə
də içir. Deyir ki, sağlamlıq baxımından müəyyən problemləri yaranıb, buna görə də, içməli və mineral suyu almalı olur.

“10 gün əvvəl su dolduranda gördüm ki, yad cisimlər qarışıb. İndi də belədir, daha çirkli olduğu da olub. Baxın, çirklidir, dibinə çöküntü yığılıb, bu suda gözlə görünməyən mikrob da ola bilər. Təxminən iki saat əvvəl götürmüşəm. Bütün gün ərzində gəlmir su, ona görə də qablara doldururuq, indi dibində çöküntü görünür, baxın” – Manana dedi.






Manana hər ay içməli suyun pulunu ödəyir, sayğac quraşdırılıb və hesab edir ki, müvafiq xidmət də göstərilməlidir.

1 sentyabr tarixində Tsereteli sakini Laşa Nadiradze Facebook səhifəsində krandan axan və alınma suyu müqayisə etdiyi video paylaşmışdı. Krandan gələn qəhvəyi rəngli su alınmış sudan çox fərqlənirdi.



Tsereteli sakinləri içməli su problemi haqqında Kvemo Kartli qubernatoru ilə görüşdə də danışıblar. 4 sentyabr tarixində Tsereteli sakinləri ilə görüşdə qubernatorla bərabər Marneuli merinin səlahiyyətlərini icra edən Zaur Tabatadze də iştirak edirdi. Tabatadze dedi ki, Tseretelidə içməli su boruları dağılıb və su da məhz buna görə çirklidir.

5 sentyabr tarixində biz “Soptskali” MMC-nin (“Kənd suları”) direktoru Nəbi Abdullayevlə əlaqə saxladı. O, bildirdi ki, Tseretelidə içməli su problemi artıq həll olunub. Lakin aydın oldu ki, sakinlər yenə də çirkli su içməyə məcburdurlar.

Milli Ərzaq Agentliyi içməli suyun monitorinqini dövri olaraq həyata keçirir. Agentliyin nümayəndəsinin bizimlə söhbəti zamanı bildirdiyinə görə, əgər vətəndaş 15 01 nömrəli qaynar xəttə zəng vursaydı, agentliyin nümayəndələri suyu yenidən yoxlayardılar və müvafiq ölçü götürərdilər. Lakin hələlik Tsereteli kəndində suyun vəziyyəti ilə bağlı əlavə şərh verə bilmirlər.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər