Xəta
  • PHPImageWorkshop\Exception\ImageWorkshopBaseException: [2]: File "/var/www/marneulifm.ge/public_html//images/temp/2018/09/12/7fcf3627496ce224458a36d4e8f05639.jpg" not exists.
  • PHPImageWorkshop\Exception\ImageWorkshopBaseException: [2]: File "/var/www/marneulifm.ge/public_html//images/temp/2018/09/12/7fcf3627496ce224458a36d4e8f05639.jpg" not exists.
  • PHPImageWorkshop\Exception\ImageWorkshopBaseException: [2]: File "/var/www/marneulifm.ge/public_html//images/temp/2018/09/12/7fcf3627496ce224458a36d4e8f05639.jpg" not exists.
  • PHPImageWorkshop\Exception\ImageWorkshopBaseException: [2]: File "/var/www/marneulifm.ge/public_html//images/temp/2018/09/12/7fcf3627496ce224458a36d4e8f05639.jpg" not exists.
Meriya öz şəffaflığını müsbət qiymətləndirir, lakin yazışmanı birbaşa ünsiyyətdən üstün tutur
Rəsmi məktubla müraciət edin! Meriyadan hər hansı bir şərh almaq cəhdlərimiz hər dəfə bu cümlələrlə tamamlanır.
Rəsmi məktub bizim işimizin ayrılmaz hissəsinə çevrilmiş sənəddir. Meriyadan hansı mövzuda – infrastruktur və ya sosial layihələr, turizmin inkişafı, tullantıların idarə olunması və s. – şərh almaq istədiyimizin fərqi yoxdur.

Məktub yazırıq və 10 gün gözləyirik.

Kənd yerlərində
yaşayan əhali ilə görüşlərdə, yeni təyin olunmuş qubernator Şota Rexviaşvili şəffaflıq barədə danışırdı. O, sakinləri bələdiyyənin həyatında iştirak etməyə və yerli özünüidarə ilə birlikdə qərarların qəbul edilməsi prosesinə qoşulmağa çağırdı. Lakin əsas məsələ də odur ki, bir halda ki meriya öz şəffaflığının dəyərləndirilməsi üçün rəsmi müraciət edilməsini tələb edir, sıravi vətəndaşın bələdiyyənin həyatında necə iştirak edəcək.

31 avqust tarixində göndərmiş olduğumuz məktubda biz aşağıdakı suallara cavab almaq istəyirdik:
  1. 1. Meriya yerli özünüidarənin hesabat və şəffaflığı nəzərdə tutan indeksinin yaxşılaşdırılmasını planlaşdırır, ya yox.
  2. 2. Meriyanın şəffaflığını necə dəyərləndirirsiniz və şəffaf olmaq üçün nə edirsiniz.
  3. 3. Marneuli bələdiyyəsi ictimai məlumatın praktiki olaraq istifadəsinin qanunla müəyyən olunmuş standartlarının hazırlanmasını planlayır, ya yox.
Qanunla müəyyən olunmuş müddətdə meriyadan cavab ala bilmədik. Meriya 10 günlük müddəti aşdı və sonra yazdı ki, “Marneuli bələdiyyəsi özünüidarəsi özünüidarənin indeksi məsələsinə cavabdehliklə yanaşır və şəffaflıq prinsipini qoruyur.

Marneuli bələdiyyəsinin yerli özünüidarəsi tərəfindən praktiki istifadənin qanunla müəyyən olunmuş standartları hazırlanıb.”

Meriya şəffaflıq prinsipini qoruyur və praktiki istifadənin qanunla müəyyən olunmuş standartlarını hazırlayıb. Marneuli meriyası qeyd olunan sənədləri bizə təqdim etməyib. Hazırlamış olduqları praktiki istifadənin qanunla müəyyən olunmuş standartlarını bizə vermələrini istədikdə isə, meriyanın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mariam Xaçidze yenidən rəsmi məktubla müraciət etməmizi tələb etdi.

Hüquqi Məsələlər Və İnsan Resurslarının İdarəsi şöbəsinin rəhbəri Cemal Dekanoidze bizimlə söhbəti zamanı bildirdi ki, bələdiyyə ictimai məlumatın praktiki olaraq istifadə olunmasını tənzimləyən normativ aktı hazırlayıb, lakin hələ ki, hələlik bələdiyyə məclisi təsdiq etməyib.

Marneuli Bələdiyyə Məclisi aparatının rəhbəri Nino Beridzenin dediyinə görə, Bələdiyyə Məclisi yaxın vaxtlarda ictimai məlumatın praktiki istifadəsini tənzimləyən normativ aktı qəbul etməyi planlaşdırır. Bundan sonra isə bələdiyyə meriya əməkdaşlarına və vəzifəli şəxslərə verilmiş rüblük maaş, əlavə və mükafatların miqdarı, meriya və Bələdiyyə Məclisi tərəfindən qəbul edilmiş normativ aktlar, Bələdiyyə Məclisi üzvlərinin kimliyi və vəzifəli şəxslər haqqında məlumat və s. kimi məlumatları yayımlağa borclu olacaq.
Qeyd olunmalıdır ki, bu sənəd bələdiyyələr tərəfindən hələ 1 sentyabr 2013-cü ilədək qəbul olunmalı idi.

Məlumatın praktiki olaraq dərc olunması qaydalarına görə, bələdiyyə hər cür ictimai məlumatı qanunla müəyyən olunmuş vaxt ərzində veb səhifədə yayımlamalıdır.
“Beynəlxalq şəffaflıq – Gürcüstan” 2018-ci ilin may ayında araşdırmanın nəticələrini yayımladı. Həmin məlumata görə, Marneuli bələdiyyəsi ictimai məlumatların çoxunu veb səhifədə yayımlamır.

Bələdiyyə Məclisinə nəzər saldıqda yalnız Bələdiyyə Məclisinin reqlamenti, Bələdiyyə Məclisinin gördüyü işlərin hesabatı, sərəncamların az bir hissəsi və iclasların protokolları yayımlandığı məlum olur. Digər məlumatlar, o cümlədən Bələdiyyə Məclisi üzvlərinin kimliyi, vəzifəli şəxslər haqqında məlumat isə əlçatan deyil.

Meriyaya gəldikdə isə, ictimai məlumatların böyük hissəsi yayımlanmayıb – yalnız meriyanın strukturu, vəzifəli şəxslər, meriyanın funksiyası və hazırlanmış strategiyalar barəsində məlumatlar əlçatandır.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər