Tsereteli kənd parkının bərpa işləri oktyabr ayının sonunda başa çata bilə

Marneuli bələdiyyəsinin Tsereteli kəndində meydançanın bərpası işləri oktyabrın sonlarında tamamlana bilər.


Meriyada bildirirlər ki, bu mərhələdə torpağın səthinin düzəldilməsi, beton tökülməsi və plitələrin düzülməsi işləri davam edir. Tenderdə qalib gəlmiş “Tao” şirkəti meydançanın bərpasını 4 iyul 2018-ci ildə tamamlamalı idi, lakin şirkət müqavilədə nəzərdə tutulmuş öhdəlikləri pozub və buna görə yalnız cərimə olunub.

Tseretelidə 9
aprel meydançası vətəndaş büdcəsi çərçivəsində bərpa olunur. Bunun üçün yerli özünüidarə 165 498 lari ayırıb.

Tenderə görə, Tsereteli meydançasının sahəsi funksiyasına görə iki hissəyə - tarixi və müasir gündəlik zonaya bölünməlidir. Hər iki zonanın qurulması işləri isə “Tao” şirkətinin öhdəliyindədir. İşlərin nə vaxt tamamlanacağı isə dəqiq məlum deyil.

 

 

Print Email
FaceBook Twitter Google