Marneuli şəhərinin 4 saylı uşaq bağçasının yetirmələrindən birinin
valideyninə, sentyabrın əvvəlində mətn mesajı ilə bildiriblər ki,
onun uşağı bağçadan çıxarılıb.
Başqa izahat və ya məktəbəqədər yetişdirmə üçün alternativ imkanlar
haqqında ona heç bir məlumat verilməyib.
“Bağça başa çatanda heç kim xəbərdarlıq etməyib ki, bu
sonuncu il idi. Yoxsa heç olmasa uşağı bağçanın şənliyinə
aparardım, xatirə şəklimiz olardı. Mesajı aldıqdan sonra vəziyyəti
araşdırmağa başlamadım və qərar verdim ki, uşağı hazırlıq sinifinə
aparım” – deyir uşağın anası. O, audio müsahibə
verməkdən imtina etdi və anonimliyi qorumağımızı xahiş etdi.
Marneulidə bir çox valideynlər oxşr vəziyyətə düşüb. Onların
övladları 2012-ci ildə anadan olublar və məktəb başlayan vaxt 6
yaşları tamam olmayıb. Bu körpələr kənarda qalıblar və beynəlxalq
təşkilat “Kivitas Georgika”nın sədri Giorgi Mesxidzenin sözlərinə
görə bu yolveriləzdir.
“Bütün uşaqların məktəbə qədər tədris almaq hüququ var.
Bu Konstitusiya ilə zəmanət verilmiş hüquqdur və bu həmçinin,
məktəbə qədər təhsil qanununda da qeyd olunub. Heç kimin hüququ
yoxdur ki, uşağa bu təhsili verməsin. Hələ ki, qeydiyyat olunmuş
uşağı bağçadan çıxarıblar” – deyir Giorgi
Mesxidze.
4 saylı uşaq bağçasının rəhbəri deyir ki, çıxmalı olan uşaqların
siyahısını uşaq bağçaları birliyindən alıb. Birliyin sədri Zaur
Kərəmov isə deyir ki, bağçalarda yer problemi var. Müvafiq olaraq
2012-ci ilin 17 sentyabrından sonra anadan olmuş uşaqların bağçadan
çıxarılması çıxış yolu idi.
Valideynlər çaşqınlığa düşüblər. Onlar uşaqların bağçada təhsil
almaq hüququnun olub olmamasını bilmirlərmiş. Və ya məktəbəqədər
tədris müəssisənin hansı alternativ yollarının olmasını da
bilmirlərmiş. Uşaq Bağçaları Birliyinin rəhbəri təsdiq edir ki,
valideynlərə lazımi məlumatı veriblər.
“Bizim əməkdaşımız zəng etdi və dedi ki, sizin uşağınız
təhsili davam etdirə bilməyəcək” – deyir Zaur
Kərəmov.
Marneuli bələdiyyəsində 14 məktəbəqədər hazırlıq mərkəzi çalışır.
İkisi isə yaxın gələcəkdə açılacaq.
“Qruplar tələbə görə açılıb. İndi Dəmyə Görarxıda sonra
isə Baydarda açılacaq. Harada tələb varsa hər yerdə
açılacaq” – deyir Zaur Kərəmov.
Marneuli 4 saylı ictimai məktəbində 4 məktəbə hazırlıq qrupu
yaradılıb. Hər qrup 30 uşaq üçün nəzərdə tutulub. Ancaq
yetirmələrin sayı hal-hazırda olduqca azdır. Bunun iki səbəbi ola
bilər: Valideynlərin məlumatsız olması və məktəbəqədr hazırlıq
mərkəzinin çalışma qrafiki.
Bağçadan fərqli olaraq uşaq mərkəzdə gün ərzində yalnız 4 saat
keçirir. Bir növbə səhər saat 9-dan 1-ə qədər, ikinci növbə isə
saat birdən dördə qədər çalışır.