Polietilen torbaların istehsalı və satışına görə cəza tətbiq
olunacaq. Qadağa hələlik qalınlığı 15 mikrondan az olan polietilen
torbalara tətbiq olunacaq, 1 aprel 2019-cu ildən etibarən isə
istənilən qalınlıqda polietilen torbaların istehsalı, idxalı və
satışı qadağan olunacaq.
“Marneuli” radiosu olaraq ticarət obyektlərinin yeni qaydaya nə
dərəcədə hazır olub olmadıqları ilə maraqlandıq. Təxminən 10-dək
mağazada olduq. Satıcıların əksəriyyəti
bildirir ki, yeni qanun
haqqında məlumatları var, lakin yenə də polietilen torbalardan
istifadə edirlər. Deyirlər ki, qalınlığı 15 mikrondan artıq olan
polietilen torbaları haradan alacaqlarını bilmirlər. Bəziləri isə
qanundan xəbəri olmadığını bildirdi.
Mağazalara nəzarət yerli özünüidarəyə həvalə olunur. Marneuli
meriyasında bildirirlər ki, hələlik işlərə başlamayıblar və tövsiyə
məktubunu gözləyirlər. Gürcüstan Ətraf Mühitin Mühafizəsi və Kənd
Təsərrüfatı Nazirliyindən “Marneuli” radiosuna verilən məlumata
görə, yeni qaydalara nəzarət mərhələli şəkildə həyata keçiriləcək.
Bələdiyyələrlə yenə görüş və təlimlərin keçirilməsi
planlaşdırılır.
“Müəyyən təlimlərdən keçməlidirlər. Necə
yoxlamalıdırlar, nə qeyd olunmalıdır, belə xırdalıqları
öyrənməlidirlər. Baxmayaraq ki, bu qanun hazırlanarkən bütün
bələdiyyələrdə görüş keçiriblər və təlimlər keçiblər, özünüidarədə
şəxslərin dəyişikliyi tez-tez baş verdiyi üçün yenə belə təlimlər
keçməyi planlaşdırılar” – dedi ekspert.
br />
Polietilen torbaları qalınlığına görə necə fərqləndirə
biləcəyimizlə bağlı suala cavab olaraq Ətraf Mühitin Mühafizəsi və
Kənd Təsərrüfatı Nazirliyindən bildirdilər ki, gömrük və yerli
istehsalda ciddi nəzarət olunacağı üçün istehlakçı başqa cür torba
ala bilməyəcək.
“Gömrükdə artıq bu qəti şəkildə müəyyənləşib. 1 oktyabrdan 15
mikrondan az olanlar artıq idxal olunmur. Buradakı istehsalçılar
yoxlanılır. Onlar da 15 mikrondan az torba istehsal edə
bilməyəcəklər. Əldə olan torbalar satılıb qurtardıqdan sonra, başqa
cür torba artıq satılmayacaq. Nə idxal olunacaq, nə də istehsal
ediləcək” – dedi ekspert.
Yeni qaydalar oktyabrdan qüvvəyə minib. Qeyd olunmalıdır ki,
qaydaların pozulmasına görə istehsalçı subyekt müvafiq məhsullar da
müsadirə olunmaqla 500 lari həcmində cərimə olunacaq. Qayda
pozuntusunun təkrarlanması halında isə müvafiq məhsullar da
müsadirə olunmaqla cərimənin miqdarı 1000 lari olacaq.