Algeti kəndində yerləşən uşaq bağçası 8 oktyabrdan fəaliyyətə başlayacaq

Marneuli bələdiyyəsinin Algeti kəndində uşaq bağçası bazar ertəsindən etibarən fəaliyyətə başlayacaq.

Məktəbəqədər tədris müəssisəsi artıq iki ildir ki tikilib. Tədris isə daxili dizaynı qaydaya salınmadığından bu günədək başlamamışdı. Yerli sakinlər uşaqları Marneulidəki bağçalara gətirməli olurdular ki, bu da onlara elə də ucuz başa gəlmirdi.



Algeti uşaq bağçasının müdiri vəzifəsinə Marneuli bələdiyyəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin əməkdaşı Turac
İbrahimova təyin olunub. Dəfələrlə zəng vurmağımıza baxmayaraq onunla əlaqə yaratmaq mümkün olmadı.

Marneuli Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov bildirdi ki, Algeti uşaq bağçasında ümumilikdə 240 uşaq qeydiyyatdan keçib, bağça isə 180 nəfər üçün nəzərdə tutulub. Onun dediyinə görə bu mərhələdə bağçaya 200 uşaq yerləşdiriləcək. 40 uşaq isə ehtiyatda olacaq.

“Otaqlar böyükdür, masa, stul problemi yoxdur, yataq problemi də yoxdur. 40 uşaq ehtiyatda olacaq, davamiyyəti pis olan uşaqlar siyahıdan çıxarılacaq, ehtiyatdakı uşaqlardan əlavə olunacaq” – dedi Zaur Kərəmov.



Algeti uşaq bağçasında 5 qrup mövcuddur. Hər qrupun isə öz tərbiyəçisi və müəllimi var.

 

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər