Ətraf mühitin mühafizəsi təşkilatı Marneukidə suyun keyfiyyətinin yaxşılaşdırılması üçün çalışır
Qafqazın ətraf mühitin mühafizısi qeyri hökumət təşkilatları şəbəkəsi (CENN) Marneulidə pilot proqramlarının həyata keçirilməsinin ikinci mərhələsinə aktib olaraü başlayır. CENN-in koordinatoru Mariko Tsikoridze bizimlə söhbət zamanı deyir ki, təşkilat AB-nin maddi dəstəyi ilə 2018-ci ildən "su kasıblığı aradan qaldırmaq üçün" layihəsini həyata keçirir. Layihənin məqsədi kənddə yaşayan adamların, baöçalarda, məktəblərdə, ambulatoriyalarda, sıöınacaqlarda su və sanitariyanın vəziyyətinin müəyyən edilməsidir.
Rekomemdasiyaların verilməsindən sonra isə müxtəlif obyektlərdə vəziyyət yaxşılaşacaq.

“Biz birinci mərhələni keçdik. Texniki qiymətləndirmə edildi. Həyata keçirdiyimiz bu layihə 2019-cu ildə başa çatır və ona görə pilot layihələri bu il həyata keçirməyə başladıq” – dedi Mariko Tsikoridze.



Marneulidə təqribən 20 obyekt seçilib. Onlardan biri Qızılhaclının uşaq bağçasının içməli su problemidir. Laborotoloji nıticəyə görə su içmək üçün yararsızdır. Su kasıblığı aradan qaldırmaq üçün layihəsi çərçivəsində borular dəyişdirilib. Mariko Dzikoridzenin dediyinə görə indi hovuzlar almaq planlaşdırılır.

“Zibil qutuları qoyduq. Orada yaxınlıqda qeyri-leqal zibillik var idi. Bağçada içəridə sistemin dəyişdirilməsinə dair birləşmiş su təchizatı kompaniyasından və eləcə də öz ekspertimizdən rekomendasiya verilib” – dedi Mariko Tsikoridze.



Marneulidə 2018-ci ildə Marneuli bələdiyyəsinin WASH şurası yaranıb. Şiranın tərkibinə yerli özünüidarəetmə nümayəndələri ilə yanaşı yerli əhali də daxildir və üstünlüklərin təyin edilməsini müəyyən edirlər. Məhz üstünlüklərin siyahısında altı saylı ictimai məktəbin kanalizasiya sisteminin qaydaya salınması da daxildir.

Marneulidə suyun, sanitariyanın və gigiyenanın vəziyyətini yaxşılaşdırmaq üçün layihələrin həyata keçirilmsəi davam edəcək. Bunun üçün CENN- in təşkilat arasında əməkdaşlıq memorandumu 4 oktyabrda bağlanıb.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər