Marneuliliər hüquqi yardım üçün Bolnisi tədris-reabilitasiya mərkəzinə müraciət edirlər

Bu gün 9 oktyabr tarixində Marneuli Mülki Məşğulluq mərkəzində “Ailə zorakılığına yox!” layihəsi çərçivəsində qeyri-hökumət sektoru və mətbuat vasitələri nümayəndələri ilə görüş keçirildi.

Görüşdə Samsxe-Cavaxeti və Kvemo Kartlidə ailə zorakılığı istiqamətində aparılmış araşdırmanın nəticələrindən söhbət açıldı və əhali üçün mühüm olan problemlər müəyyən edildi.

"Araşdırma əsasında 5 rayona - Bolnisi, Dmanisi, Tsalqa, Ninotsminda və Axalkalakiyə getmişdik, əhali
üçün mühüm olan məsələləri araşdırırdıq. Bizim araşdırmada 500 nəfər iştirak etdiAraşdırma əsasında 5 rayona - Bolnisi, Dmanisi, Tsalqa, Ninotsminda və Axalkalakiyə getmişdik, əhali üçün mühüm olan məsələləri araşdırırdıq. Bizim araşdırmada 500 nəfər iştirak etdi"
– deyə “Kvemo Kartli və Samsxe Cavaxeti bölgələrində ailə zorakılığına qadın və qızların münasibəti və vəziyyətinin araşdırılması” layihəsinin müəllifi Maya Kuprava-Şarvaşidze bildirdi.



Araşdırma əsasən sosialdemoqrafiya mövzusuna da toxunurdu. Rəyi soruşulanlardan 31.23% məktəbi yarımçıq buraxmalarına ailə qurmaq və uşaq qayğısına qalmağı, 20% isə maliyyə vəziyyətini səbəb göstərdi. Rəyi soruşulanlardan 43.44% isə maddi cəhətdən digər şəxslərdən asılı olduğunu bildirdi.

Proqram çərçivəsində üç tədris-reabilitasiya mərkəzi yaradılıb ki, burada da ailə zorakılğı qurbanlarına yardım göstəriləcək. Müraciət isə kifayət qədər çoxdur. Araşdırmaya görə, qadınlar arasında əsas problem işsizlikdir. Məhz buna görə də tədris-reabilitasiya mərkəzində işlə təmin olunma məqsədilə müxtəlif əl işləri də tədris olunur.

"Bizim bir neçə benefisiar artıq işlə təmin olunub. Misal üçün, ingilis dili baza bilikləri olan qadın bizim üç aylıq kursları tamamlad, indi o, artıq özü məktəbəqədər və ibtidai sinif uşaqlarına hazırlıq keçir. Bəziləri hörgü, dərzilik öyrəndi, bunu biznesə çevirdi, bəziləri ailəsi üçün istifadə edir" – Maya Kuprava-Şarvaşidze deyir.



“Gənc Azərbaycanlılar İttifaqı” qeyri-hökumət təşkilatının sədri Leyla Məmmədovanın dediyinə görə, bələdiyyədə belə mərkəzin mövcudluğu mühümdür. O, deyir ki, ən sevindirici hal isə layihə tamamlandıqdan sonra Bolnisi bələdiyyəsində tədris-reabilitasiya mərkəzinin fəaliyyətinə davam edəcək olmasıdır.

"Mən uğur göstəricilərindən biri kimi onu deyə bilərəm ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində açılan Kvemo Kartli ofisi fəaliyyətini davam etdirəcək. Bolnisi bələdiyyəsi bunu öz üzərinə götürüb. Çünki hesab edirlər ki, fəaliyyəti həqiqətən səmərəlidir" - dedi Leyla Məmmədova.



Tədris reabilitasiya mərkəzində zorakılıq qurbanlarının tam tibbi müayinəsi keçiriləcək. Mərkəzdə məsləhət keçmək üçün psixoloq, hüquqşünas və sosial işçi var. Kupravanın dediyinə görə, Bolnisidə yerləşən mərkəzə Marneulidən də kifayət qədər müraciət olunur ki, bunlar da əsasən hüquqi məsləhətlər alırlar. “Ailə zorakılığına yox!” layihəsi Avropa İttifaqı “UN Women”in maliyyə dəstəyi ilə “Çoxmillətli Gürcüstanın Qadınları” tərəfindən həyata keçirilir.

 

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər