Abazovun vəkili onun günahsız olduğunu təsdiqləyir, prokurorluq isə dəqiq sübutlardan danışır
Bu gün, 9 oktyabrda Rustavi şəhər məhkəməsində Temur Abazov, Azər Süleymanov, Ramin Allahverdiyev və Elxan Quliyevə qarşı qaldırılmış cinayət işi ilə bağlı məhkəmə iclası baş tutub.
Mövcud iclasda prokurorluğun iki şahidi dindirilib. Marneuli rayon İdarəçiliyinin detektivi Vasil Kveladze 11 iyunda baş vermiş hadisələri xatırlayıb. Elçin Allahverdiyevə qarşı təhqiredici və insanlıqdan kənar yanaşma faktına dair polisə
daxil olan mesaja məhz o, reaksiya göstərib. Sonra qeyd olunan fakt haqqında hesabat yazıb. Dindirilmə zamanı şahidin dediyinə görə, o, başqa heç bir araşdırma etməyib.

Prokurorluğun ikinci şahidi Elçin Allahverdiyevin bacısı oğlu İntiqam Abazov 10 iyunda VMH-ın ofisində baş vermiş hadisələri xatırlayır və Azər Süleymanov, Ramin Allahverdiyev və Elxan Quliyevin ittiham olunması haqqında danışıb.

Marneulinin keçmiş meri Temur abazovun vəkili Qaqi Mosiaşvilinin dediyinə görə, bugünkü məhkəmə iclasında ittiham tərəfinin şahidlərinin ifadələri Abazovun günahkar olduğunu təsdiqləmir.

“Hər iki şahidə qarşı Temur Abazovun günahının fiziki olaraq təsdiqlənməsi alınmadı. Çünki real olaraq istintaqa verdikləri məlumatın Temur Abazova qarşı təqdim olunan ittihamla heç bir əlaqəsi yoxdur. İttiham tərəfinin belə şahidləri çoxdur. Temur Abazovun ittihamı yalnız bir nəfər zərərçəkənin ifadəsindən asılıdır” - dedi Qaqi Mosiaşvili.

Temur Abazovun vəkilindən fərqli olaraq prokuror Levan Lazareşvili fərqli fikirləşir.

“Konkret şahid təsdiq etdi ki, fiziki təhqirdən sonra qeyd olunan şəxsi apardılar. Şahid bunların hamısını təsdiqlədi. Təbiidir ki, müdafiə tərəfinin belə düşünməsi ki, ittiham tərəfinin birbaşa sübutları yoxdur. Zərərçəkənin ifadəsindən başqa ittiham tərəfinin birbaşa şahidləri var. Eləcə də ekspertin nəticəsi, telefon qeydləri, eləcə də konkret ekspertiza nəticələri var ki, konkret şəxslərlə konkret hallarla bağlı yazışmalar mövcuddur. Ona görə də biz hesab edirik və gözləntimiz var ki, konkret ittiham olunanlara qarşı mənfi hökm çıxarılacaq” – bildirib Levan Lazareişvili.

Abazov və başqalarına qarşı gedən CM işinin növbəti məhkəmə iclası 18 oktyabrda saat 13:00-da başlayacaq.

Xatırladaq ki, 6 sentyabrda Marneulinin keçmiş meri Temur Abazovun ittihamı ağırlaşıb. Ona qarşı təqdim olunmuş ittihama şəxsi həyat təsvir edən materialların əldə edilməsi, təşkili, internetlə və sosial şəbəkə ilə yayılması da əlavə olunub.

Marneuli sakini Elçin Allahverdiyevə qarşı həyata keçirilmiş təhqiredici və insanlıqdan kənar yanaşma faktına dair saxlanılmış Marneulinin keçmiş merinə məhkəmə ön tədbir olaraq 14 iyunda həbs cəzasi təyin edib.

Temur Abazova qarşı cinayət işi Gürcüstanın CM-nin 144.3-cü maddəsinin 2-ci hissəsinin a altbəndi və 25, 157.1 maddəsinin birinci və ikinci hissələri ilə qaldırılıb. A. Allahverdiyev, A. Süleymanov və E. Quliyevə qarşı Gürcüstan CM-nin 126-cı maddəsinin 1.1-ci hissəsinin b altbəndi ilə qaldırılıb.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər