Marneulinin üç kəndində daxili yollara çınqıl tökülməsi 34 989 lariyə başa gələcək
Marneuli meriyası Sadaxlı, Xuldərə və Mollaoğlu kəndlərində daxili yollara çınqıl tökülməsi üçün 34 989 lari dəyərində tender elan edib.
Hər üç kənddə ümumilikdə 9 850 kv.m. yola çınqıl töküləcək. Sadaxlıda 2 000 kv.m., Xuldərədə 6 500 kv.m. Mollaoğluda isə 1 350 kv.m. yola çınqıl töküləcək.

Meriya tərəfindən elan yayımlanmış xəritədən aydın olur ki, Sadaxlıda çınqıl töküləcək yol 6 ailəyə gedir.



Xuldərədə çınqıl töküləcək yollardan biri üç evə gedir, digər iki küçədə isə evlərin sayı çoxdur.



Mollaoğluda çınqıl töküləcək yola gəlincə isə, bu yol yalnız bir evə gedir.



Tender ötən gün, 15 oktyabr tarixində başa çatıb və tenderdə yalnız bir şirkət – “Oniks Plyus” birliyi iştirak edib. “Oniks Plyus” Marneuli bələdiyyəsinə yuxarıdakı işləri 27 992 lariyə həyata keçirməyi təklif edib.

Hal-hazırda tender şərtlərinin müzakirəsi davam edir.

Tenderə əsasən, daxili yollara çınqıl tökülməsi işləri müqavilə bağlandıqdan sonra 20 gün ərzində tamamlanmalıdır.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər