Marneuli oxçuları müvafiq ləvazimatları olmadığından yarışların bir hissəsində iştirak edə bilmirlər

Marneuli İdman Məktəbinin oxçuluq bölməsi müvafiq ləvazimatlarla təchiz olunmayıb. Buna görə də idmançılar yarışlardan kənarda qalırlar.

Marneulidə oxçuluq bölməsi artıq üç ildir ki, fəaliyyət göstərir. Kvemo Kartli miqyasında oxçuluq bölməsi yalnız Marneulidədir. Marneuli İdman Məktəbinin oxçuluq üzrə məşqçisi Qiorqi Qordezianinin “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdiyinə görə, Marneuli idmançıları qış çempionatında iştirak edəcəklər, çünki məsafə qısadır. Olimpiya
növü yarışlarında isə iştirak edə bilməyəvəklər, çünki məsafə 70 metrdir.

“Hələlik bunun üçün nəzərdə tutulmuş silahlar üzündən yarışlarda iştirak edə bilmirik. Lakin müvafiq silahlar olduğu təqdirdə yarışlarda iştirak edəcək gənclərimz var” – Qiorqi Qordeziani bildirdi.

Marneuli idmançıları 16-17 oktyabr tarixində Marneulidə keçirilmiş oxçuluq üzrə Gürcüstan kuboku yarışlarının üçüncü mərhələ yarışlarında məhz müvafiq silahlarının olmamasına görə iştirak edə bilmədilər.

Gürcüstan Oxçuluq Federasiyasının prezidenti Xatuna Narimanidze Marneulinin oxçuluğun inkişafı üçün yaxşı yer olduğunu hesab edir.

“Qeyd etmək istəyirəm ki, Marneulidə oxçuluq üçün əla şərait var və bura əla yerdir. Marneuli bələdiyyəsindən, Bələdiyyə Məclisindən yardım etmələrini xahiş edirəm. İnventarlar bahalıdır, yalnız inventar problemi var. Əminəm ki, Marneulidə gənclər çoxdur və gənc idmançılarda istək olacaq” – Xatuna Narimanidze bildirdi.

Marneuli İdman Məktəbinin direktoru İaqo Naveriani bizimlə söhbəti zamanı bildirdi ki, oxçuluq üçün lazım olan inventarların alınmasını planlaşdırırlar.

“Bu mərhələdə bir az ləvazimatlar var, lakin yenilərə ehtiyac var və bunları alacağıq. Bir neçə dəfə tender elan etdik, heç kəs iştirak etmədi. Gələn həftə yenə elan etməyi planlaşdırırıq”,
- deyə İaqo Naveriani bildirdi.

Marneuli İdman Məktəbinin oxçuları üçün lazımi inventarların alınması üçün iyulda tender elan etmişdi. Tenderin təxmini dəyəri 6 400 lari idi. Bu tenderdə heç kəs iştirak etməmişdiş.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər