Ərzaq Təhlükəsizliyi Agentliyi Tsereteli kəndinin sakinlərini içməli suyu içməzdən əvvəl qaynatmağa çağırır
Ərzaq Təhlükəsizliyi Agentliyi Tsereteli kəndinin sakinlərini içməli suyu içməzdən əvvəl qaynatmağa çağırır.
Ərzaq Təhlükəsizliyi Agentliyinin qaynar xəttinə daxil olan zəng nəticəsində agentlik 4 oktyabr tarixində Tsereteli kəndində içməli sudan nümunə götürüblər. Nümunənin laboratoriya analizi nəticəsində müəyyən olundu ki, Tseretelidə içməli su Gürcüstan hökumətinin “İçməli suyun texniki reqlamenti haqqında” qətnaməsinə uyğun deyil.

Ərzaq Təhlükəsizliyi Agentliyinin Kvemo Kartli
Regional İdarəsinin rəhbəri Miranqula Lipartelianinin dediyinə görə, Tseretelidə içməli suyun mikrobioloji göstəriciləri reqlamentə uyğun deyil.

“Texniki reqlament pozulub, konkret olaraq mikrobioloji göstəricilərdə uyğunsuzluq var. Sakinləri bu problem aradan qaldırılanadək alternativ sudan istifadə etsinlər və ya qaynadılmış su içsinlər”
- dedi Miranqula Liparteliani.

Miranqula Liparteliani deyir ki, bu tip uyğunsuzluq insan həyatı üçün yüksək risk təşkil etmir. Milli Ərzaq Agentliyi Marneuli kənd suları idarəsinə artıq bu barədə məlumat verib.

“Marneuli kənd suları”nın direktoru Nəbi Abdullayev bütün gün ərzində “Marneuli” radiosunun zənglərinə cavab vermədi, buna görə də bu problemin nə vaxt aradan qaldırılacağı hələlik məlum deyil. Problem həll olunanadək isə Tsereteli sakinləri suyu içməzdən əvvəl qaynatmalı olacaqlar.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər