Tsereteli suyu içmək üçün yararlı deyil - "Marneuli Kənd Suları" radionun zənglərinə cavab vermir
Tseretelidə içməli su Gürcüstan hökumətinin “İçməli suyun texniki reqlamenti haqqında” qətnaməsinə uyğun deyil. Milli Ərzaq Agentliyinin Kvemo Kartli Regional İdarəsi bu barədə məlumatı agentliyin qaynar xəttinə Nona Samxaradze tərəfindən ünvanlanmış məktuba cavab olaraq bildirib.

Nona sentyabr ayında Tseretelidə içməli su kranından çirkli su gəldikdən sonra suyun yoxlanılmasına qərar vermişdi.

"Bir gün evə gəldim və krandan
çirkli suyun axdığını gördüm. Milli Ərzaq Agentliyinin qaynar xəttinə zəng vurub sudan nümunə götürülməsini istədim. Təxminən iki həftədən sonra zəng vurdular və 4 oktyabr tarixində anamın evindən nümunə götürdülər"
- dedi Nona Samxaradze.

Nona Samxaradze Tseretelidə suyun keyfiyyətininin hökumətin qətnaməsinə uyğun olmaması barədə rəsmi məlumatı ötən gün, 22 oktyabr tarixində alıb.

"Mənim üçün uyğun deyil dedikdə nəyi nəzərdə tutduqları məlum deyil. Bəli, başa düşürəm ki, içmək üçün yararlı deyil. Lakin dəqiq necə çirklidir, nəyə səbəb olur, nə uyğun deyil, bilmirəm" - dedi Nona Samxaradze.

Nona Tseretelidə içməli suyun konkret olaraq hansı problemləri olduğunu aydınlaşdırmağa çalışır ki, sudan istifadənin onun 2 azyaşlı uşağına hansı mənfi təsir göstərə biləcəyini müəyyənləşdirə bilsin. Deyir ki, uşaqlara krandan gələn suyu içməyi qadağan etmək çətindir.

"Düşünürəm ki, su alım, uşaqları alınmış su ilə saxlayım, kran suyu içməyi qadağan edim. lakin hər zaman ehtiyat etmirlər və uşağın alınma su içməsinə nəzarət edə bilmirəm" - dedi Nona Samxaradze.

Nona Tseretelidə içməli su problemini Qafqaz ətraf mühitin qorunması sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları şəbəkəsi “Seni”nin dəstəyi ilə, hüquqi yolla həll etməyi planlaşdırır.

Ərzaq Təhlükəsizliyi Agentliyi Tsereteli kəndinin sakinlərini içməli suyu içməzdən əvvəl qaynatmağa çağırır.

Ərzaq Təhlükəsizliyi Agentliyinin qaynar xəttinə daxil olan zəng nəticəsində agentlik 4 oktyabr tarixində Tsereteli kəndində içməli sudan nümunə götürüblər. Nümunənin laboratoriya analizi nəticəsində müəyyən olundu ki, Tseretelidə içməli su Gürcüstan hökumətinin “İçməli suyun texniki reqlamenti haqqında” qətnaməsinə uyğun deyil.

Ərzaq Təhlükəsizliyi Agentliyinin Kvemo Kartli Regional İdarəsinin rəhbəri Miranqula Lipartelianinin dediyinə görə, Tseretelidə içməli suyun mikrobioloji göstəriciləri reqlamentə uyğun deyil.

“Texniki reqlament pozulub, konkret olaraq mikrobioloji göstəricilərdə uyğunsuzluq var. Sakinləri bu problem aradan qaldırılanadək alternativ sudan istifadə etsinlər və ya qaynadılmış su içsinlər” - Miranqula Liparteliani bildirdi.

Miranqula Liparteliani deyir ki, bu tip uyğunsuzluq insan həyatı üçün yüksək risk təşkil etmir. Milli Ərzaq Agentliyi Marneuli kənd suları idarəsinə artıq bu barədə məlumat verib.

“Marneuli kənd suları”nın direktoru Nəbi Abdullayev bütün gün ərzində “Marneuli” radiosunun zənglərinə cavab vermədi, buna görə də bu problemin nə vaxt aradan qaldırılacağı hələlik məlum deyil. Problem həll olunanadək isə Tsereteli sakinləri suyu içməzdən əvvəl qaynatmalı olacaqlar.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər