Marneulidə Qriqol Vaşadzenin banerlərini söküblər
Bu gün, 23 oktyabr tarixində birləşmiş müxalifət “Güc birlikdədir” hərəkatının namizədi Qriqol Vaşadzenin Marneulidə Rustaveli küçəsində üç saylı məktəbin yaxınlığındakı banerləri sökülüb. “Güc birlikdədir” hərəkatının üzvləri həmin yerə gəliblər.

Gürcüstan parlametinin deputatı Azər Süleymanov "Marneuli" Radiosuna bildirdi ki, onların asdığı banerlər yerli hakimiyyət tərəfindən sökülüb və "Gürcü Arzusu"nun yeganə qorxusu Qriqol Vaşadzedir. Ona görə də yerli
hakimiyyət tərəfindən Qriqol Vaşadzenin banerləri sökülür və "VMH" partiyasının banerlərinin vurulmasına icazə vermirlər.



Hadisə yerinə yol patrul xidməti çağırılmışdır.

Xatırladaq ki, bir neçə gün öncə Marneuli və ölkənin bir sıra şəhərlərində birləşmiş müxalifət “Güc birlikdədir” hərəkatının namizədi Qriqol Vaşadzenin banerlərinə “КГБ” yazılması faktı qeydə alınmışdı.


Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər