Qriqol Vaşadzenin banerlərinin sökülməsi səbəbini nəzarət xidməti əsaslandıra bilmir və yazılı müraciət tələb edir
Marneuli Meriyasının nəzarət xidmərinin rəhbəri David Quduşauri seçki banerinin sökülməsinin səbəbini "Marneuli" Radiosunun jurnalistinə deməyib. O, yazılı müraciə tələb etdi ki, meriya nümayəndələri hüquqi olaraq əsaslandırılmış cavab versinlər.

Meriya nümayəndələri rəsmi məktubla müraciət etməyi və müvafiq olaraq 10 günlük gözləntini bu gün, 23 oktyabrda baş verən hadisələrlə bağlı tələb etdi.

Qriqol Vaşadzenin sökülmüş banerləri mövzusu seçkidən sonra da aktual mövzu olacaqmı bunu 10 iş günündən
sonra biləcəyik. Ona qədər isə Marneuli meriyasının nəzarət xidmətinin prezidentliyə namizədin seçki banerlərini niyə sökməsi bizim üçün naməlum olaraq qalır.

Xatırladaq ki, bu gün, 23 oktyabrda Birləşmiş Müxalifət “Güc Birlikdədir”in prezidentlik namizədi Qriqol Vaşadzenin seçki banerlərini Marneulidə Rustaveli küçəsində yerləşən üç saylı məktəbin ətraf ərazisindən söküblər.

Gürcüstanda Prezident seçkiləri 28 oktyabrda keçiriləcək.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər