Ayrı-seçkilik əleyhinə qanunvericilik haqqında təlimlərə silsiləsi Marneulidən başladı
15:02 / 24.10.2018
Ayrı-seçkilik əleyhinə qanunvericilik haqqında təlimlərə bu gün, 24
oktyabr tarixində start verildi.
Ədliyyə Tədris Mərkəzində pulsuz təlimlər bütün Gürcüstan
miqyasında böyük şəhərlərdə və etnik azlıqların məskunlaşdığı bölgə
mərkəzlərində keçiriləcək. Təlimin məqsədi ayrı-seçkilik əleyhinə
qanunvericilik haqqında vətəndaşların məlumatlandırılması və
ayrı-seçkilik istiqamətində cəmiyyətin həssaslığının
artırılmasıdır.
Ədliyyə Tədris Mərkəzinin təlimçisi və koordinatoru Ana
Vaşalomidzenin dediyinə görə, təlimlərdə iştirak etmək üçün
üstünlük dövlət məmurlarına veriləcək.
“İştirak etmək üçün üstünlük mülki sektorda çalışan şəxslərə
veriləcək, həmçinin təlimlərdə iştirak etmək istəyənlər də iştirak
edə bilərlər. Təlimlərdə iştirak etmək pulsuzdur və ilk 20 ərizəçi
seçilib” – Ana Vaşalomidze bildirdi.
Ədliyyə Tədris Mərkəzinin təlimçisi Şəlalə Əmircanovanın dediyinə
görə, Ədliyyə Tədris Mərkəzi tez-tez belə təlimlər keçirir.
"Ədliyyə Nazirliyinin təlim mərkəzi 1-ci dəfə deyil ki,
bu növ təlimlər keçirir. Bu artıq bir neçənci etabdır. Bu səfər ki,
mövzumuz ayrı seçkilik qanunvericiliyi haqqındadır. Gürcüstanda
qəbul edilən qanunvericiliklər və bu sahədə pulsuz təlimlər
keçirilir" - dedi Şəlalə Əmircanova.
Təlimlər bu gün, 24 oktyabr tarixində başladı və 30 noyabradək
davam edəcək.