Resurs Mərkəzinin rəhbəri müəllimlərə və direktorlara təzyiq faktını təkzib edir
Marneuli Təhsil Resurs Mərkəzinin rəhbəri Kənan Ömərov məktəb müəllimlərinə və direktorlarına təzyiq ehtimalı və məcbur etmə faktını təkzib edir.
“Ədalətli Seçkilər və Beynəlxalq Demokratiya Cəmiyyəti” (ISFED) 2018-ci il prezident seçkilərinin seçkiöncəsi monitorinqinin 3-cü ara hesabatını yayımlayıb.

ISFED-in hesabatına görə, Marneulidə seçicilərə təzyiq və məcbur etmə faktı aşkarlanıb.

“Marneulidə “Ədalətli Seçkilər”dən anonimliyinin qorunmasını istəyən bir nəfər pedaqoqun dediyinə görə, Marneuli Resurs Mərkəzinin rəhbəri Kənan Ömərov məktəb direktorlarına və müəllimlərə “Gürcü Arzusu”nun dəstəklədiyi namizəd Salome Zurabişvili üçün çalışmalarını və seçki günü dəstəkçilərini seçki məntəqələrinə gətirməyi tapşırıb. Pedaqoqun
dediyinə görə, əks halda onları işdən çıxarmaqla hədələyirlər”
– hesabatda yazılıb.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər