Əhməd İmamquliyevin Davit Bakradzeni dəstəkləməsi üçün 5 səbəbi
Prezident seçkilərinə 3 gün qalır. Biz “Avropalı Gürcüstan” partiyasının Marneuli rayon təşkilatının sədri Əhməd İmamquliyevlə əlaqə saxladıq və ondan Davit Bakradzenin namizədliyini dəstəkləməsi üçün 5 səbəb göstərməsini xahiş etdik.
  1. “Gürcüstanda ən güclü siyasətçidir, beynəlxalq səviyyədə qəbul edilən diplomatdır”.
  2. “Hər kəs üçün məqbul şəxsdir, istər digər müxalif partiya üçün, istərsə də hakimiyyət üçün. Gürcüstanda illər ərzində Gürcüstanın qayğısına qalmış ən güclü
    və ən ağıllı adamdır.”
  3. “Xalq Bakradzeni ona görə dəstəkləməlidir ki, srağagün Gürcüstanda “boz kardinallığı” etiraf etmiş şəxsə imkan verilməsin. Cənab Bidzina İvanişviliya imkan verilməsin ki, ölkəni istədiyi kimi idarə etsin. Çünki xanım Salome Zurabişvili Bidzina İvanişvilinin “marionetkasıdır”.
  4. “Bakradzeni ona görə dəstəkləməliyik ki, onun komandasında cənab Qiqi Uqulava, cənab Qiqa Bokeria və s. kimi şəxsiyyətlər var. Bakradzenin komandası Gürcüstanda bugünkü vəziyyəti iqtisadi və beynəlxalq istiqamətdə yaxşı tərəfə dəyişə biləcək siyasi cəhətdən ən güclü komandadır.”
  5. “Cənab Davit Bakradze Gürcüstanda qisasın, siyasi mövqeyin gah o tərəfə, gah bu tərəfə meyllənmənin sona çatdırılmasını və Gürcüstanda hər bir kəsin siyasi gələcəyi olmasını arzulayan şəxsdir. Bakradze qisas üçün gəlmir. Bakradzenin ideyası ölkəmizin xalqını birləşdirməkdir.”
Davit Bakradze prezident seçkilərində “Avropalı Gürcüstan” partiyasının namizədidir.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər