QHT “Ədalətli seçkilər və beynəlxalq demokratiya cəmiyyəti” (İSFED)
2018-ci ilin prezident seçkilərinin seçki qabağı monitorinqinin III
ortalama hesabatını yayımlayıb.
“Ədalətli seçkilərin” hesabatına əsasən Marneulidə seçki qabağı
dövrdə administrativ resursdan istifadə faktları aşkarlanıb.
Administrativ resursdan istifadə faktı Marneulidə deputat Ruslan
Hacıyevin qərargahında və Kirovka kəndinin ictimai məktəbində qeydə
alınıb.
“Marneulinin Gürcüstan parlamentində majoritar deputatı
Ruslan Hacıyev majoritar deputat ofisindən Marneulidə Salome
Zurabişvilinin seçki qərargahı kimi istifadə edir. Onun ofisində
Salome Zurabişvilinin təbliğatı məqsədi ilə gənclərlə və başqa
vətəndaşlarla görüşlər keçirilir. Bundan əlavə ofisin əməkdaşları
Ruslan Hacıyevlə birgə Marneulinin kəndlərinə gedirlər və təbliğat
görüşlərində iştirak edirlər. Ruslan Hacıyevin bürosunda 6 adam
çalışır. Marneuli bələdiyyəsinin Kirovka kəndinin ictimai
məktəbinin direktoru Xazeyin Məmmədov məktəb divarlarına Salome
Zurabişvilinin təbliğat plakatlarını vurub” – yazılıb
“Ədalətli seçkilərin” hesabatında.