Zaur Tabatadze Birləşmiş Müxalifətin namizədinin banerlərinin sökülməsi ilə bağlı izahat verib
Birləşmiş Müxalifət “Güc Birlikdədir”in üzvləri bu gün, 25 oktyabrda prezidentliyə namizəd Qriqol Vaşadzenin seçki plakatlarının sökülməsinə etiraz ediblər. Vaşadzenin iki baneri Rustaveli küçəsində üç saylı məktəbin qarşı tərəfində qaz borusuna vurulubmuş. Nəzarət xidməti 23 oktyabrda plakatları söküb, ancaq bunun səbəbinin nə olması sualı ilə bağlı bizdən yazılı müraciət tələb etdilər.

Etiraz yürüşündən sonra, saat 21:45-də Marneuli
meriyasının Facebook səhifəsində mer vəzifəsini yerinə yetirən Zaur Tabatadze baş vermiş faktla bağlı izahat verib.

“Seçkiqabağı kampaniya olduqca demokratik şəkildə gedir. Heç bir partiyanın qanunla yolverilən yerlərdə banerlərinin asılması ilə bağlı məhdudiyyəti yoxdur. Bu konkret halda seçki məcəlləsinin 46-cı maddəsi pozulub. Eləcə də inzibati məcəllənin 150-ci maddəsi, hökumət sərəncamının 57-ci maddəsinin müxtəlif tələbləri pozulub” - bildirir Zaur Tabatadze.



Seçki məcəlləsinin 46-cı maddəsində seçki təbliğatı materialının yerləşdirilməsi prinsipləri müəyyən edilib:

1. Təbliğat materialı tikili və başqa obyektlərdə onların sahiblərinin razılığı olan halda sərgilənə bilər.

2. Təbliğat materialının dini tikililərdə, mədəni miras tikililərində, dövlət hakimiyyəti və yerli zünüidarəetmə orqanlarının, məhkəmələrin, prokurorluqların, hərbi komponentlərin, polisin, Gürcüstan Dövlət Təhlükəsizlik və Kəşfiyyat xidmətlərinin və dövlət müdafiəsinin xüsusi xidmətinin şöbə binalarının interyer və eksteryerində, eləcə də yol işarələrində yerləşdirmək/yapışdırmaq qadağandır.

3. Seçkilərlər bağlı hər hansı məsələyə dair totalizatorun istifadəsi qadağandır.

4. Yerli özünüidarəetmə orqanları bu maddənin 2-ci bəndini nəzərə alaraq seçki təbliğat materiallarının yerləşdirilməsinin qadağan olnduğu tikililər siyahısını müəyyən etməlidirlər. Eləcə də yerlərin təyin edilməsini müəyyənləşdirməli və təbliğat materialını yapışdırmaq üçün stendlər qoymalıdırlar. Tend elə ölçüdə olmalıdır ki, təbliğat materialının sərgilənməsi zamanı bütün seçki subyektləri bərabər şərtlərlər təmin olunsunlar.

İnzibati məcəllənin 150-ci maddəsi isə özünüidarə vahidinin görünüşünün saxlanılmasından danışır.

1. Özünüidarə vahidinin görünüşünün özbaşına dəyişdirilməsi, həmçinin, tikilinin rənginin dəyişdirilməsi – 200 lari dəyərində cəriməyə səbəb olacaq.

2. Həmin hərəkət “Mədəni miras haqqında” Gürcüstan qanunu ilə təyin edilmiş mədəni mirası qoruyan ərazidə törədilərsə 5 000 lari dəyərində cəriməyə səbəb olacaq. (8.05.2007 N4713)

3. Havalandırma sisteminin, bankomatın, yuma qurudulma, döngələrin, daxılların və ya başqa yüngül qurğuların özbaşına montajı və ya yerləşdirilmədi – fiziki şəxs üçün 500 lari, hüquqi şəxs üçün 1000 lari dəyərində cəriməyə səbəb olacaq.

4. Həmin hərəkət “Mədəni miras haqqında” Gürcüstan qanunu ilə təyin edilmiş mədəni mirası qoruyan ərazidə törədilərsə 5 000 lari dəyərində cəriməyə səbəb olacaq. (8.05.2007 N4713)

5. Bu maddə ilə nəzərdə tutulmuş pozuntunun cərimələnmədən 20 gün ərzində düzəldilməməsi – 1500 lari dəyərində cəriməyə səbəb olacaq.
Hökumət sərəncamının 57-ci maddəsində tikinti icazəsinin qüvvədə olması müddətinin davam etdirilməsi və tikintiyə yeni icazənin verilməsi haqqında danışılır.

1. Tikinti üçün icazənin qüvvədə olması müddətinin davam etdirilməsi o halda mümkündür ki, tikinti obyektində bu sərəncama əsasən tikinti üçün yeni icazəyə ehtiyac duyulacaq işlər həyata keçirilməyib.

2. Tikintinin icazəsinin qüvvədə olması müddətinin uzadılması üçün sifariş verən və ya onun nümayəndəsi tikinti icazəsinin qüvvədə olması müddəti keçənə qədər yazılı şəkildə tikinti icazəsi verən müvafiq iznibati orqana tikinti üçün icazənin qüvvədə olma müddətinin uzadılması haqqında müraciət etməlidir. Müraciətlə birgə qalan işlərin tikinti təşkilatçılığı layihəsi və tikintinin bitməsi üçün tələb olunan düşünülmüş müddət təqdim olunmalıdır.

3. Tikinti üçün icazənin qüvvədə olma müddətinin uzadılması zamanı tikintiyə icazə verən müvafiq inzibati orqan Gürcüstanın ümumi inzibati məcəlləsinin 63-cü maddəsinin tələblərinə əsasən, icazə verilməsi haqqında inzibati-hüquqi aktda tikintinin başa çatması tarixinin dəyişdirilməsi haqqında qərar qəbul edir. Buna əsasən icazə sənədinə dəyişiklik daxil olur.

4. Əgər sifariş verən və ya onun nümayəndəsi tikinti icazəsini verən müvafiq inzibati orqana tikinti icazəsinin qüvvədə olan müddətinin keçməsindən sonra ərizə ilə müraciət edərsə tikinti icazəsinin qüvvədə olma müddətinin uzadılması yolverilməzdir. Belə halda tikintiyə dair yeni icazə almaq lazımdır.

5. Sifariş verən və ya onun nümayəndəsi bu maddənin 4-cü bəndi ilə nəzərdə tutulmuş ərizəyə qalan işlərin tikinti təşkilatçılığı layihəsini, tikintini bitirmək üçün tələb olunan düşünülmüş müddəti və tikinti icazəsi almaq üçün ödənilmiş məbləğin yeni qəbzini təqdim etməlidir.

6. Tikintiyə yeni icazə verilən zaman tikinti icazəsi verən müvafiq inzibati orqan Gürcüstanın ümumi inzibati məcəlləsinə uyğun olaraq və bu sərəncamla müəyyən edilmiş qaydaya əsasən tikintiyə icazə verəcək.

7. Tikinti sənədinin pozulması halında tikintiyə yeni icazə sərəncamın 63-cü maddəsinə əsasən veriləcək.

“Birləşmiş Müxalifət” sadalanan maddələrə uyğun olaraq hansı bəndləri pozub mer vəzifəsini yerinə yetirən bunu konkret qeyd etməyib.


Mövzu ilə bağlı digər xəbərlər:

Birləşmiş müxalifət üzvləri Marneulidə etiraz yürüşü keçiriblər

Qriqol Vaşadzenin banerlərinin sökülməsi səbəbini nəzarət xidməti əsaslandıra bilmir və yazılı müraciət tələb edir

Marneulidə Qriqol Vaşadzenin banerlərini söküblər

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər