Heyvanların sayının azaldılması bahasına artırılmış məbləğ - itlər üçün sığınacaqla bağlı meriya dördüncü dəfə tender elan etdi
Marneuli Meriyası itlərin sığınacaq xidməti üçün 4-cü tender elan edib. İndiyə kimi elan edilmiş 3 tender pozulub.
Meriya bələdiyyə ərazisində 169 baxımsız qalan itin sığıanacağa aparılması xidmətini əldə etmək üçün 16 900 lari ayırıb. Hər it üçün 100 lari nəzərdə tutulub.

Marneuli meriyası tender məbləğini “Marneuli” Radiosunun itlərin sığınacaq xidmətinin pozulmuş tenderi haqqında sujetin
efirə getməsindən sonra artırdı.

Sentyabrın 12-də hazırlanan sujetdə biz deyirdik ki, meriya tərəfindən elan olunmuş tenderlərdə məbləğ yetərli deyildi. Heyvanların Mühafizə Federasiyasından bizə dedilər ki, bir itin xidməti üçün meriya 85 lari ayırıb və bu yetərli deyil. Tenderdə iştirak edəcək şirkətlər isə işləri müvafiq olaraq yerinə yetirməyəcəklər.

Meriya tərəfindən elan olunmuş üçüncü tenderdə qalib gəldiyi halda “İmereti qrupu” da öhdəliyə uyğun olaraq işini yerinə yetirə bilməyəcəkdi. O, yeganə şirkətdir ki, tenderdə iştirak edib. Gürcüstan Heyvanların Müdafiəsi Federasiyasının sədri şirkəti itlərin qatil qrupu olaraq qiymətləndirdi. Zaur Tabatadze isə bizimlə söhbətində qeyd etdi ki, sentyabrda tenderin pozulmasına səbəb şirkət tərəfindən müvafiq sənədlərin təqdim olunmamasıdır.

Meriya baxımsız qalan itlərin sığınacağa aparılmasına ehtiyac olan halda isə heyvanların evtanaziya və aparılması xidməti üçün 30 oktyabrda tender elan edib. Tenderdə iştirak etmək istəyi olan şirkətlərin təklifləri 6 noyabrdan 8 noyabra qədər qəbul olunacaq. Qalib gələn şirkət işləri müqavilənin bağlanmasından 2018-ci ilin 31 dekabrına qədər yerinə yetirməlidirlər.

Print Email
FaceBook Twitter Google