Yuxarı Qullarda heyvanların virusa yoluxmasının yeni halı aşkarlanıb
Marneuli bələdiyyəsinin Yuxarı Qullari kəndində heyvanlarda infeksiyaya yoluxma faktları yenidən aşkarlanıb. Xəstəlik nodural dermatit adlanır. Əhali deyir ki, iri buynuzlu mal-qaranın yüksək temperaturu var və dərisində yara əmələ gəlir. Oxşar hallarla bağlı "Marneuli" radiosuna Qullar sakinləri təxminən bir ay bundan əvvəl müraciət etmişdilər. O zaman isə Marneuli ərzaq Mühafizəsi Agentliyində vaksinlər bitmişdi və gətirildikdən sonra peyvən vuruldu.

Heyvanların müalicəsi dövlət proqramlarına daxil deyil. Qoruyuyucu peyvəndlər isə pulsuz vurulur. Göründüyü kimi Qullarda mal-qaraya hec qoruyucu peyvənd kömək etməyib.



Kvemo Kartli Ərzaq Mühafizəsi Agentliyinin nümayəndəsi Miranqula Liparteliani xəstəliyi epidemiya olaraq qiymətləndirmir. Epdemiya olaraq xüsusi qorxulu xəstəliklər hesab olunur. Özü izah edir ki, Yuxarı Qullari əhalisi indi onlara müraciət etməyib. Vaksinlərə gəldikdə isə deyir ki, mal-qaranın peyvəndlənməsi prosesi kəndlərdə indi də gedir. Onların kəndlərdə baytar həkimləri də var və əhali lazım olan halda müraciət edə bilər.

“Virus hərarəti artırır və buna görə zəng vururlar. Təlimatlara uyğun şəkildə peyvənd işləri aparılır. Biz qaynar xəttimizə daxil olan zənglərdən heç birini reaksiyasız buraxmırıq. Bütün işləri buraxıb ilk növbədə bunu edirik” – dedi Miranqula Liparteliani.


Marneulinin “Demokrat Qadınlar Cəmiyyəti”nin sədri Olqa Endeladze Yuxrı Qullar kəndində əhalinin müraciət etdiyi Avrop ilə dərin və hərtərəfli ticarət sahəsi haqqında sazişin bir neçə məsələsi ilə bağlı görüş keçirib. Endeladze deyri ki, əhalinin müəyyən hissəsində məlumat azlığı var və Ərzaq Mühafizəsi Agentliyinə müraciət edib. Əhali isə özəl baytarlarla əlaqə saxlamalı olacaq.


Marneulinin Yuxarı Qullar kəndində heyvana xəstəlik düşüb


Print Email
FaceBook Twitter Google