Süd məhsullarının vizual yoxlanması, temperatur rejiminin
qorunmaması, antisanitariya, bu Marneuli bazarının ətraf ərazisində
görünən əhali üçün təhlükə yaradan problemlərin natamam
siyahısıdır.
Marneuli bələdiyyə meriyasının cəhdinə baxmayaraq küçə ticarətinin
qadağan olunması problemi bu gündə həll olunmayıb.
Marneuli bazarının ətraf ərazisində küçə ticarətçilərinin qurduğu
daxıllar var və orada ən çox pendir, qatıq və xama satılır. Buradan
hər gün yüzlərlər
maşın keçir və toz süd məhsullarına qonur.
Alıcılar isə çoxdur. Satıcılar isə bizimlə söhbət zamanı özlərinə
haqq qazandırmalı olurlar.
Marneuli meriyasının küçə ticarətini həll etmək üçün hansı planları
var? İndiyə kimi kimisə cərimləyəbilərmi və ya hansısa tədbir
həyata keçirilibmi – bununla bağlı suallara şifahi cavab verməkdə
çətinlik çəkirlər və rəsmi məktubla mürciət etməyimizi tələb
edirlər. Buna dair isə 10 gün cavab gözləməliyik.
İnzibati xətalar məcəlləsinin 153-cü prima maddəsinə əsasən küçə
ticarəti müvafiq icazədən kənar fiziki və ya hüquqi şəxslərə 20-dən
50-lariyə qədər cəriməyə səbəb olur. Həmin hərəkət hüquq mühafizə
orqanının səlahiyyətli şəxsinin qanuni sərəncamına və ya tələbinə
tabe olmaması ilə də əlaqədardır. Bu isə 50-dən 100 lariyə qədər
cəriməyə səbəb olur və ya 7 günlük həbs cəzası tətbiq olunur.