Marneulidə tikintiyə icazə tezləşdirilmiş qaydada verilə bilər

Marneulidə tikinti üçün icazələr ola bilsin tezləşdirilmiş qaydada verilsin.

Bu haqda məlumat Marneulinin 2019-cu il büdcəsinin müzakirəsində məlum olub.

Marneuli bələdiyyə aparatının sədri Nino Beridzenin sözlərinə görə, qeyd olunan qərar Marneuli büdcəsinin artmasına dəstək olacaq.

"Marenulidə tikintilər çoxdur və bura çox hərəkətli bələdiyyədir və tikinti hər zaman olur. Bələdiyyə üzvləri əmindirlər ki, bu təşəbbüs mütləq özünü doğruldacaq"
- deyir Nino Beridze.

Maarneuli radiosu ilə söhbəti zamanı Nino Beridze izah edir ki, qeyd olunan təşəbbüsü meriya bələdiyyə məclisinə artıq göndərib. Tikintiyə icazənin tezləşdirilmiş qaydada verilməsi büdcədə gəlirlərin artması komponentlərindən biri olacaq.

Marneuli meriyası 10 dekabra qədər 2019-cu ilin büdcə layihəsində müzakirə olunacaq. Nəticədə Marneulidə tikintiyə tezləşdirilmiş qaydada icazə verilib verilməməsi məlum olacaq.


 

Print Email
FaceBook Twitter Google