Marneuli bələdiyyəsi ərazisində 2019-cu il
ərzində kanalizasiya sisteminin təmizlənməsi və baxımı işləri ilə
bağlı elan edilmiş tender çərçivəsində ərizələrin qəbulu 4 yanvar
tarixində başa çatdı.
Tender şərtlərinə görə, şirkət işləri 2019-cu il 1 yanvardan 31
dekabradək yazılı tapşırıqlar əsasında mərhələli şəkildə həyata
keçirməlidir.
Qeyd olunmuş işlərin alınması üçün Marneuli meriyası 21 186 lari
nəzərdə tutmuşdu. Lakin tender baş tutmayıb. Tenderdə heç bir
şirkət iştirak etməyib.
Marneuli meriyasının Satınalma Şöbəsinin rəhbəri Zanda Kvançianinin
dediyinə görə, həftənin sonunadək yenidən tender elan
olunacaq.