Kvitsianinin dini təşkilatın nümayəndəsinə qarşı diskriminasiya xarakterli bəyanatı

Parlamentin üzvü Emzar Kvitsiani Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin şeyxi Mirtağı Əsədova qarşı ayrı seçkilik məzmunlu çıxış edib.



Bu barədə çıxışı Emzar Kvitsiani Parlamentdə dini azadlıqlarla bağlı işçi qrupun görüşündə edib.

Görüş zamanı Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin şeyxi Mirtağı Əsədov çıxış edib və deyib ki, Emzar Kvitsianinin ictimai yerlərdə niqab və burka
geyilməsi ilə bağlı qanun layihəsi təklifi ayrı seçkilikdir və məsələ kökündən araşdırılmalıdır.

“Biz hər il Marneuli də İmam Hüseyn (ə) əza məclisi keçiririk, küçədə yürüş edirik, ana-bacılarmız da Xanım Zeynəbin əzasına şərik olmaq üçün bu cür geyimdən istifadə edirlər, siz bunlarımı cərmələmək istəyirsiniz?” – Mirtağı Əsədov bildirib.

Dini azadlıqlarla bağlı görüşdə Əsədov Azərbaycan dilində danışıb. Emzar Kvitsiani isə ondan Gürcüstan vətəndaşı olub-olmadığını və nə üçün gürcü dilində danış soruşub.

“Qanun layihəsinin müəllifi Emzar Kvitsiani dedi ki, Parlamentdə niyə ana dilinə danşırsan, onun bu fikrinə QHT-nümayəndələri və digər millət vəkilləri etiraz etdilər”, - Mirtağı Əsədov dedi.

Emzar Kvitsiani bizimlə söhbəti zamanı təsdiqlədi ki, o, həqiqətən də Əsədovdan nə üçün Gürcü dilində danışmadığını və Gürcüstan vətəndaşı olub-olmadığını soruşub.

“Yeni konstitusiya qəbul etmişik, konstitusiyaya baxın. Orada Gürcüstan vətəndaşından söhbət gedir. İkili vətəndaşlıqla bağlı hüquq qəbul etmişik və orada gürcü dilini bilmək vacibdir. Ona görə də bu heç bir diskriminasiya deyil, ümumiyyətlə, niyə bizim ölkədə hamının gürcü dilində danışmasını tələb etməyim diskrimniasiyadır” – deyir Emzar Kvitsiani.

Kvitsiani qeyd etdi ki, onun bəyanatı ayrı-seçkilik məzmunlu deyildi. Niqab və burka məsələsinə gəlincə isə, bu qanun layihəsi artıq müzakirə olunmur və bundan sonra qadağa sifətin görünməsinə mane olan istənilən növ örtüklə bağlı qəbul oluna bilər.

Parlament üzvündən fərqli olaraq Kvitsianinin bəyanatını görüşdə iştirak edən EMC-nin Bərabərlik Siyasəti Proqramının direktoru Tamta Mikeladze ayrı-seçkilik olaraq dəyərləndirir. Mikeladze deyir ki, Kvitsianinin bəyanatı dövlətin yarıtmaz təhsil sistemi üzündən dövlət dilini öyrənə bilməyən bütün dini azlıq nümayəndələri üçün problemlidir və hesab edir ki, bu bəyanat üz döndərmək təsiri də yarada bilər.

“Bir halda ki, rəsmi-siyasi sahələrdə belə təhqiredici, diskriminasiya xarakterli mühit varsa, aydındır ki, bizim sosial sahələrdə diskriminasiyanın aradan qaldırılması haqqında danışmağımız mümkün deyil” - deyir Tamta Mikeladze.

Tamta Mikeladze həmçinin deyir ki, bu epizodda ən təəssüfləndirici hal odur ki, İnsan Hüquqları Komitəsinin sədri Kvitsianinin bəyanatından narahat olmadı, müvafiq reaksiya göstərmədi və bunun əvəzinə o, Əsədova göstəriş verdi və dedi ki, deputatlar məsələni yaxşı bilirlər və onun tənqidi yersizdir.


 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər