Marneulidə oxatanlıq üçün təchizatlar 6400 lariyə alınıb
Marneuli bələdiyyəsinin idman məktəbi
oxatanlıq seksiyası üçün təchizatları 6400 lariyə əldə
edib.
Təchizatların alınmasına qədər oxatanlıq
seksiyası müxtəlif növ yarışlara çıxa bilmirmiş və yalnız qış
oyunlarında iştirak edirmiş. 2018-ci ilin 22 oktyabrında bizimlə
söhbəti zamanı Marneuli idman məktəbinin oxatanlıq üzrə
seksiyasının məşqçisi Giorgi Qordeziani dedi ki, Marneulinin
perspektivli idmançıları var, amma onlar müvafiq silahları
olmadığına görə yarışlara çıxa bilmirlər. Marneuli idman məktəbinə
təchizat əldə etmək xahişi ilə 2018-ci ilin oktyabrında Gürcüstan
Oxatanlar Federasiyasının prezidenti Xatuna Narimanidze müraciət
edib.
“Qeyd etmək istəyirəm ki, (Marneulidə) oxatanlıq üçün
möhtəşəm şərait və möhtəşəm yerlər var. Mənim Marneuli
bələdiyyəsindən, bələdiyyə məclisindən xahişim odur ki, kömək
etsinlər. Ləvazimatlar bahadır, yalnız ləvazimat problemi var.
Marneulidə əminəm ki, gənclər çoxdur və gənc idmançılardan da istək
olacaq” - deyir Xatuna Narimanidze.
Marneuli idman məktəbi oxatanlıq üzrə müvafiq təchizatın alınması
ilə bağlı 2018-ci ilin noyabrında tender elan edib. Tenderdə yalnız
bir şirkət “Oxatanlıq klubu Alina 96” MMC iştirak edib. Tenderə
əsasən şirkət oxatan qanadlarını, oxatanın sapını, oxları, oxların
qanadlarını, ox yerləşdirilən, oxların ucları, oxatan
yerləşdirilən, döş nişanı, kliker, plunjer, ox rəfi, uzun ox
amartizatoru, amartizatorun əlavələri, amortizator qoşan və
nişangahlar almalı imiş.
Marneuli idman məktəbinin direktoru İaqo Naverianinin sözlərinə
görə şirkət üzərinə götürdüyü öhdəliyi yerinə yetirib və
ləvazimatları məktəbə 2018-ci ilin 31 dekabrına qədər təhvil
verib.